Braziliya millisinin və "Barselona" klubunun sabiq futbolçusu Ronaldinyo Qauço COP29 üçün gəldiyi Bakı səfəri başa çatıb.
İdman.biz Oxu.az-a istinadən xəbər verir ki, Ronaldinyo səfəri zamanı Azərbaycan futbol klublarının yeniyetmə futbolçuları ilə, həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşüb və BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) iştirak edib.
Qeyd edək ki, Ronaldinyo noyabr ayının 12-də Bakıya gəlib, bu gün isə səfərini başa vurub.
İdman.biz