Braziliya millisinin və "Barselona" klubunun sabiq futbolçusu Ronaldinyo Azərbaycana səfəri ilə bağlı paylaşım edib.
İdman.biz xəbər verir ki, o, sosial şəbəkə hesabında COP29 çərçivəsində səfər etdiyi Bakıda keçirdiyi görüşlərin görüntülərini bölüşüb.
Əfsanəvi futbolçu səfəri zamanı Azərbaycan futbol klublarının yeniyetmə futbolçuları ilə, həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşüb və BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) iştirak edib.
Qeyd edək ki, Ronaldinyo noyabr ayının 12-də Bakıya gəlib, bu gün isə səfərini başa vurub.
İdman.biz