"Atalanta"nın baş məşqçisi Can Pyero Qasperini tezliklə "Roma"nın baş məşqçisi olacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Mənbənin sözlərinə görə, 67 yaşlı mütəxəssisin müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Paytaxt klubu yeni baş məşqçiyə 5 milyon avro maaş verəcək.
Qasperini 2016-cı ildən "Atalanta"nın "sükanı arxasındadır". Komanda onun rəhbərliyi altında 2023/24 mövsümündə Avropa Liqasını qazanıb.
Qeyd edək ki, "Atalanta" 2024/25 mövsümündə A Seriyasında 3-cü yeri tutub.