"Qəbələ" və "Neftçi"nin sabiq baş məşqçisi Roman Qriqorçukun yeni iş yeri müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə "Sport.ua" məlumat yayıb.
Mənbənin sözlərinə görə, ukraynalı mütəxəssis "Çernomorets"in "sükanı arxasına" keçəcək.
Bu, 60 yaşlı mütəxəssisin Odessa təmsilçisinə üçüncü təyinatıdır. O, daha əvvəl 2010 - 2014-cü illərdə və 2021-ci ildə "Çernomorets"i çalışdırıb.
Qriqorçuk dekabrın 25-də istefaya göndərilmiş Aleksandr Kuçeri əvəzləyəcək.
Qeyd edək ki, Roman Qriqorçuk Azərbaycanda "Qəbələ" və "Neftçi"nin baş məşqçisi olub. 2015-18-ci illərdə "Qəbələ"ni çalışdıran mütəxəssis 2024-cü ilin iyunundan oktyabrına qədər "Neftçi"də işləyib.