"Strateji olaraq, ilk dəqiqədə qol buraxmaq xoş deyil. Amma futboldur, belə şeylər olur. İstənilən halda, bu gün oynadığımız futbol qəbulolunmazdır. Heç bir şey bizi sarsıda bilməz ki, istədiyimiz futbolu oynaya bilməyək".
İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Ukraynalı mütəxəssis Azərbaycan Premyer Liqanın VI turunda "Zirə"yə 0:2 hesablı məğlubiyyəti şərh edib: "Bu cür oyunla nəsə gözləmək çətindir. Biz istənilən halda, daha yaxşı oynamalıyıq. Son konfransda da demişdim ki, fasilə bizə daha yaxşı təsir edəcək. Amma sözlərimi tuta bilmədim. Buna görə üzr istəyirəm. Bu cür futbola görə hamımız üzr istəməliyik. Belə futbol oynamaq olmaz. Hamımız görürük ki, hücum xəttində axsayırıq. İstədiyimiz kimi çıxış etmirik. Hər oyundan-oyuna sağlamlığımı itirirəm. Belə futbol oynamaq heç də xoş deyil".
Qeyd edək ki, "Neftçi" 6 turdan sonra qələbə qazanmayıb.
İdman.biz