top
Roman Qriqorçuk: Hansısa futbolçum azarkeşə söz deyirsə belə, ona haqq qazandırmaram Sport24.az
10 avqust 2024, 23:42
- ↺ +

Roman Qriqorçuk: "Hansısa futbolçum azarkeşə söz deyirsə belə, ona haqq qazandırmaram"

Premyer Liqanın II turunda "Neftçi" səfərdə "Səbail" ilə 1:1 hesablı heç-heçə edib. Sport24.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Oyunla bağlı fikirlərinizi bilmək istərdik...

- İlk hissədə kifayət qədər qol epizodları yaratdıq. Amma şanslardan yararlana bilmədik. Onlardan yararlansaydıq, oyun başqa cür alınardı. Bu oyuna görə heç bir futbolçuya irad bildirə bilmərəm. Çünki hamı meydanda özünü yaxşı tərəfədən göstərdi. Qələbə qazanmaq istəyirsənsə, epizodları vurmaq lazımdır.

 

- Matçdan sonra futbolçularla azarkeşlər arasında problem yaşandı. Ervin Koffi azarkeşə butulka atdı. Orada nə baş vermişdi?

- "Neftçi" şübhəsiz ki, hər oyunda qələbə qazanmalıdır. Azarkeşlərə qələbə bəxş etməliyik. Qələbə olmayanda, neqativlik yaranır. Həmin an uzaqda idim. Bilmirəm səbəb nə idi ki, oyunçularla azarkeşlər arasında problem yaşandı. Düşünmürəm ki, oyunçular bu iradlara layiq idilər. Nəsə başqa bir şey olsaydı, qəbul edərdim. Orada nə baş verdiyini bilmirdim, eşitmirdim. Amma hansısa futbolçum azarkeşə söz deyirsə belə, ona haqq qazandırmaram. 

 

- Kilan Lebon niyə start heyətində meydana çıxmadı? 

- Deyə bilmərəm ki, Lebondan öncə başqa cür oynadıq, girəndən sonra oyun dəyişdi.  Lebon meydana əla daxil oldu. Çox epizodları sürətləndirirdi, maraqlı hərəkətlər edirdi. Məncə, gələcəkdə o daha çox oynaya bilər. Kilan komandaya sonradan qoşuldu. O, özünü çox yaxşı tərəfdən göstərdi. Onunla danışmışıq. Əminəm ki, yaxın vaxtlarda 90 dəqiqə oynayacaq.

-

 Azarkeşlər Emin Mahmudovdan soruşurdular ki, "Qarabağ"a necə çatacaqsız? Növbəti turda da "Sabah"la oynayacaqsız. Düşünmürsüz ki, gələn oyundan sonra azarkeşlər məhz sizin özünüzü ora dəvət edəcək?

- Mən hər zaman azarkeşlərlə söhbət etməyə açığam. Bu suala necə cavab verim, bilmirəm. "Qarabağ" çox güclü komandadır. Niyə də hər iki cəbhədə oynayıb, xallarını qazanmasın? "Qarabağ" çempionatda ən güclü komandadır.

 

- Ervin Koffiyə cəza olacaq?

- Mən hər şeyə dəqiq cavab verdim. Bilmirəm orada nə baş verib. Heç nə eşitməmişəm. Əgər azarkeşlər pis söz deyibsə, oyunçuya haqq qazandırıb, onun tərəfini tuta bilmərəm. Futbolçunu söyürlərsə, nə baş verməlidir? Futbolçuya, komandaya hörmət etmək lazımdır. Əgər istedadlı futbolçu klub üçün mübarizə aparmırsa, bəli, pis sözlərə layiqdir. Oyunçularla azarkeşlər arasında sivil münasibət olmalıdır. Özümüzü pis hiss edirik ki, qalib gəlmədik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:00

Cek Rudoni qışda Coventri-dən ayrılmaq üzrədir

Basketbol
Bu gün, 07:46

"Trabzonspor" basketbol komandası "Sabah" məğlubiyyəti üzündən baş məşqçi Selçuk Ernakı işdən çıxardı;

Futbol
Bu gün, 07:21

Rio Nqumoa “Çelsi”dən ayrılma səbəbini və Liverpoola keçidini izah etdi

Futbol
Bu gün, 06:13

Maktominey: Dünya çempionatının ilk oyununa iki gün qalmış ürək müdaxiləsi üçün xəstəxanada oldu

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Gimnastika
Dünən, 23:54

Azərbaycan Milli Komandası Dünya Çempionasında Medal Qazanıb Vətənə Qayıdı

Futbol
Dünən, 23:36

De la Fuente: Yamalın sağlamlığını önə çəkərək Çexiya oyunundan çıxarmadıq

Futbol
Dünən, 23:21

Tçuameni Fransa Milli Takımı üçün iki oyunu qaçırma riskində

Voleybol
Dünən, 23:01

“Turan” qadın voleybol komandası Maritsa’yı 3:0 məğlub etdi, çempionlar liqasının qrup mərhələsinə yüksəldi – İDMAN.BİZ TOVUZDAN

Basketbol
Dünən, 22:44

"Sabah"ın baş məşqçisi Lazar Spasiç "Trabzonspor"a qalibiyyəti (91:72) dəyərləndirdi: "Azərbaycanlılar komandaları ilə fəxr etmelidir"

Basketbol
Dünən, 22:35

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının IV turunda qələbə qazandı

Voleybol
Dünən, 22:35

Turan" prezident Həsən Zeynalov: 3:0 qələbə ilə CEV Çempionlar Liqasına yüksələldik, mümkün olmayan heç nə yoxdur

Futbol
Dünən, 22:29

Cerrard: Yamal 19 yaşında Ronaldudan daha qabaqdadır

Gimnastika
Dünən, 22:19

Maqsud Mahmudov: Gümüş medal qazandıq, gələn il belaruslu rəqibləri məğlub edib qızıl medal istəyirik

Gimnastika
Dünən, 22:19

Tofiq Əliyev: Dünya Çempionatında Gümüş Medal Qazandım, Lakin Finalda Risk Etməliydim

Gimnastika
Dünən, 22:08

Mixail Malkin: Zədəyə baxmayaraq, gələcəkdə qızıl medal qazanacağımıza inanırıq;

Oxşar xəbərlər