top
Roman Qriqorçuk: Qəbələ akademiyasının məhdudlaşdırılması Azərbaycan futbolu üçün ağır qərardır Idman.biz
08 iyul 2025, 17:33
- ↺ +

Roman Qriqorçuk: "Qəbələ" akademiyasının məhdudlaşdırılması Azərbaycan futbolu üçün ağır qərardır"

"Qəbələdə yaradılan şərait həqiqətən möhtəşəmdir. Bunun qarşılığında təsəvvür etmirəm ki, onlar tələbatsız olsunlar".

İdman.biz xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında "Qəbələ"nin ukraynalı sabiq baş məşqçisi Roman Qriqorçuk akademiyanın fəaliyyətinin məhdudlaşdırılması barədə qərara münasibət bildirərkən deyib.

60 yaşlı mütəxəssis belə bir addımın Azərbaycan futbolu üçün mənfi hal olduğunu bildirib: "Bu barədə məlumatım yox idi. Ona görə ətraflı şərh verə bilməyəcəyəm. Lakin belə bir akademiyanın fəaliyyətini məhdudlaşdırması ölkə futbolu üçün ağır qərardır. "Qəbələ" köklü klubdur, orada hər şey yaxşı təşkil olunub. Futbolçular və mütəxəssislər üçün yaxşı şərait yaradılıb. Həqiqətən də bu, çox pis xəbər oldu".

Qriqorçuk fürsət düşmüşkən Premyer Liqaya dönən "qırmızı-qaralar"ı təbrik də edib: "Qəbələdə işlədiyim dönəmlər ağlımda tamam fərqli qalıb. Azərbaycan haqqında xatirələrim yalnız müsbətdir. Orada çox dostum və tanışım, onlara böyük hörmətim var. Hamıya böyük salamlar! "Qəbələ"nin elitaya çıxması barədə məlumatım var və buna çox sevinirəm. Bütün qəlbimlə hamını təbrik edirəm. Əminəm ki, "Qəbələ" ən yüksək hədəflərə çatmaq üçün çalışacaq. Onlara uğurlar!"

Qeyd edək ki, 2015-ci ilin əvvəlindən "Qəbələ"nin baş məşqçisi olan Roman Qriqorçuk bu postda 3,5 il çalışıb. "Qırmızı-qaralar"la Premyer Liqada 2 dəfə gümüş (2016/2017, 2017/2018), 2 dəfə bürünc (2014/2015, 2015/2016) mükafat qazanan ukraynalı mütəxəssis 2 dəfə Azərbaycan Kubokunun finalına (2016/2017, 2017/2018) qədər irəliləyib. Qriqorçukun rəhbərliyi altında 3 dəfə Avropa Liqasında çıxış edən "Qəbələ" 2015/2016 və 2016/2017 mövsümlərində turnirin qrup mərhələsinə qədər yüksəlib. O, son olaraq ötən mövsümün əvvəlində "Neftçi"də çalışıb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:15

Cristiano Ronaldo 30 günlük qəsdən sonra Portuqaliya milli komandasında oyuna qayıdır

Futbol
Bu gün, 22:58

Qızıl Top rəsmi saytında qalibin fotoşəkili erkən yayımlandı

Futbol
Bu gün, 22:40

Napoli baş məşqçisi Massimiliano Alleqri iki oyunluq diskvalifikasiya və 10 min avroluq cərimə aldı;

Futbol
Bu gün, 22:35

Arsen Venger: VAR artıq futbolun ayrılmaz hissəsidir

Futbol
Bu gün, 22:17

Manchester United futbolçuları Michael Carrickin vəzifəsindən kənarlaşdırılmasını gözləyir

Futbol
Bu gün, 22:02

Trabzonspor 4-3 Rize, Beşiktaş 2-0 Başakşehir: Türkiyə Super Liqası

Futbol
Bu gün, 21:57

Murad Məmmədov zədəni sağaldı və Pafos üçün növbəti oyunda çıxdı

Güləş
Bu gün, 21:56

Azərbaycan güləşçiləri Estoniyada turniri çempion bitirdi

Futbol
Bu gün, 21:55

İtalyan futbol hakimi Pyerluici Kollina Bakıda FIFA U-15 Çempionatına gəlir

Qarabağ FK
Bu gün, 21:47

“Qarabağ – Dinamo (Xorvatiya) oyunu üçün bilet satışa çıxarıldı”

Futbol
Bu gün, 21:44

Martin Subimendi üçün “Real Madrid” və “Çelsi” mübarizəyə başladı

Digər
Bu gün, 21:31

Voleybol üzrə Super Liqada ikinci turun oyunlarının vaxtı açıqlanıb

Futbol
Bu gün, 21:30

AFFA prezidenti Rövşən Nəcəf Honduras qarşısında zədələnən futbolçuya meydanı tərk etməkdə yardım edib

Şahmat
Bu gün, 21:18

Karlsen Sindarovu Qukəşdən üstün tutur: Novbrda Cenevədə 2,5 milyon dollarlıq dünya şahmat çempionluğu matçı

Futbol
Bu gün, 21:10

Bakıda U-15 Çempionatı matçında İngiltərə millisi irqçilik ittihamı ilə meydanı tərk etdi

Futbol
Bu gün, 21:06

FİFA prezidenti Canni İnfantino Hövsan Yarış Kompleksini ziyarət edib

Futbol
Bu gün, 21:06

Vinisius "El-Klasiko"dan sonra "Barselona"ya münasibətini açıqladı

Futbol
Bu gün, 20:57

Qəbələ-2 əvəzediciləri Sumqayıt-2-ni 2:0 hesabı ilə məğlub edib

Futbol
Bu gün, 20:53

Barselona müdafiəçisi Kubarsi ‘Qızıl Top’ mərasiminə aparmayıb

Futbol
Bu gün, 20:52

Portuqaliyalı futbolçu Nani Qazaxıstanın "Aktobe" klubundan ayrıldığını bəyənib

Futbol
Bu gün, 20:43

U-15 Azərbaycan milli komandası Haiti qarşısında 4:0 hesabla məğlub oldu

Şahmat
Bu gün, 20:38

Nicat Abasov və Gövhər Beydullayeva Bavariya çempionatında iştirak edəcək

Futbol
Bu gün, 20:27

Mbappe: 'Realda istedad yoxdur' iddiaları yanlışdır

Futbol
Bu gün, 20:25

Barselona – Atletiko və Real Sociedad – Real Madrid matçlarının vaxtı dəyişdiriləcək

Oxşar xəbərlər