top
Roman Qriqorçuk “Neftçi”də! İdman.biz
26 iyun 2024, 16:22
- ↺ +

Roman Qriqorçuk “Neftçi”də!

"Neftçi" PFK-nın baş məşqçisi vəzifəsinə ukraynalı mütəxəssis Roman Qriqorçuk təyin edilib. Təcrübə mübadiləsi məqsədilə beynəlxalq tədbirdə iştirak etmək üçün Bakıda səfərdə olan Qriqorçukla anlaşma əldə olunub və 2 illik müqavilə imzalanıb.

Məşqçilik fəaliyyətinə 1998-ci ildə köməkçi məşqçi kimi başlayan, 2000-ci ildən etibarən isə baş məşqçi postunu tutan mütəxəssis Latviyanın "Dinaburq" (1998-2005) və "Ventspils" (2005-2009), vətənində "Metallurq" (2009-2010) və "Çernomorets" (2010-2014, 2021-2024-cü ilin iyun ayınadək), Azərbaycanın "Qəbələ" (2015-2018), Qazaxıstanın "Astana" (2018-2019), Belarusun "Şaxtyor" (2020-2021) klublarında çalışıb.

Təcrübəli məşqçi "Ventspils"dəki fəaliyyəti dövründə klubuna 3 dəfə Latviya çempionluğunu (2006, 2007, 2008), 2 dəfə Latviya kubokunu (2005, 2007) qazandırıb və Latviyanın ən yaxşı məşqçisi adına layiq görülüb (2009). Onun rəhbərliyi altında Odessanın "Çernomorets" klubu 2010/11 mövsümündə Premyer Liqaya çıxıb, 2012/13 mövsümündə isə Ukrayna kubokunun finalçısı olaraq UEFA Avropa Liqasında iştirak etmək hüququ qazanıb və turnirin qrup mərhələsinə yüksəlib. Qriqorçuk komandası ilə Xorvatiyanın "Dinamo" (Zaqreb), Hollandiyanın "PSV Eyndhoven" və Bolqarıstanın "Ludoqorets" (Razqrad) klubları ilə apardığı mübarizələrin nəticəsində 2-ci yeri tutaraq daha bir uğura imza atıb və UEFA Avropa Liqasının 1/16 finalına vəsiqə qazanıb. Qriqorçukun "Qəbələ"də çalışdığı 3,5 mövsümlük fəaliyyət dövrünü də uğurlu hesab etmək olar. Belə ki, onun başçılığı altında klub Azərbaycan Premyer Liqasının bürünc və gümüş medallarına yiyələnib, ölkə kubokunun finalçısı olub, eləcə də tarixində ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə çıxmağı bacarıb və daha sonra bu uğuru təkrarlayıb. O, həmçinin Qazaxıstan Premyer Liqasının və Superkubokunun qalibi etdiyi "Astana" ilə Avropa Liqasının qrup mərhələsində "Mançester Yunayted" üzərində qələbə qazanıb. 2020-ci ildə Belarus "Şaxtyor"unun sükanı arxasına keçib və qısa müddət ərzində klubu ölkə çempionatının və Superkubokunun qalibi edib.

"UEFA Pro" lisenziyalı məşqçi 1965-ci ildə Ukraynanın İvano-Frankovsk vilayətinin Korniç kəndində anadan olub. Futbolçu kimi 5 ölkədə çıxış etmiş 59 yaşlı mütəxəssis vətənində "Prikarpatye" (1988-1994) və "Krivbass" (1995-1996), Avstriyada "Sankt-Pelten" (1994), Polşada "Petroximiya" (1995), Rusiyada "Saturn" (1996-1997) və Latviyada "Dinaburq" (1998-1999) kimi klubların şərəfini qoruyub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 06:29

Olimpiya çempionu Yeldos Smetov Bakıdakı cüdo dünya çempionatından imtina etdi: “Xalqım məni bağışlamaz”

Futbol
Bu gün, 01:42

Ronaldonun şəxsi təyyarəsi Kopenhagenə endi - Portuqaliya millisi ilə yolları ayırdı

Futbol
Bu gün, 01:25

İsveçrə Futbol İttifaqı Canni İnfantinonun FIFA prezidentliyi namizədliyinə dəstəyi geri çəkdi

Voleybol
Dünən, 23:54

Azərbaycan U‑20 qadın voleybol komandası Avropa çempionatının 1-ci təsnifat mərhələsində iştirak edəcək

Futbol
Dünən, 23:51

Real Madrid Aleks Skottla transferini araşdırır

Basketbol
Dünən, 23:25

LANDAU Lions baş məşqçisi Erhan Toker məğlubiyyətin müdafiə problemləri və zədələr səbəbilə olduğunu açıqladı

Futbol
Dünən, 20:12

Azərbaycan futbol millisi Lixtenşteyn qarşısında oyun öncəsi açıq məşqini Tofiq Bəhramov stadionunda keçirib - VİDEO

Futbol
Dünən, 19:49

Ayxan Abbasov: Lixtenşteyn qarşısında qalib gəlmək üçün azarkeş dəstəyi vacibdir

Futbol
Dünən, 17:30

“Turan Tovuz” – “İmişli” futbol matçının yeri Yevlax stadionuna dəyişdirildi

Futbol
Dünən, 16:28

Lixtenşteyn millisinin futbolçusu: “Bakıda yaxşı nəticə qazanmaq istəyirik”

Futbol
Dünən, 14:07

Məqsəd İsayev Kapazdan ayrıldı, Gəncəbasara keçidi gözlənilir

Digər
Dünən, 12:07

Mingəçevir Reqatası-2026-nın ikinci günündə Azərbaycan üç medal qazandı

Minifutbol
Dünən, 11:20

Fərrux Hüseynzadə Kazakhstan – Belarus futsal oyununda UEFA nümayəndəsi təyin olundu

Qarabağ FK
Dünən, 11:07

“Qarabağ”ın zədəli futbolçularının geri dönüş tarixləri açıqlanıb – Klubdan İDMAN.BİZ‑ə açıqlama

Futbol
Dünən, 10:52

Zirə futbolçuları milli komandalarında qələbələrə töhfə verib;

Futbol
Dünən, 10:40

U-21 komandamız Şotlandiya ilə üz-üzə çıxacaq

Basketbol
Dünən, 10:07

“Sabah” basketbol komandası ABL mövsümünü “LANDAU Lions”la açır

Basketbol
Dünən, 09:38

“Neftçi” basketbol komandası Estoniyada Parnu ilə üz-üzə gələcək

Futbol
Dünən, 07:19

Joau Feliks 2026 “Qızıl top”u Lamin Yamala verəcəyini açıqladı

Futbol
Dünən, 06:13

“Roma” Dibala və Molinanı Messi vida oyununa dəvət etmədi

Futbol
Dünən, 04:17

“Atletiko Madrid”də milli komandaların məcburiyyətləri səbəbindən heyət çatışmazlığı

Futbol
Dünən, 00:57

Skaloni Messi çıxışından sonra Argentina milli komandası oyun tərzini açıqladı

Futbol
29 sentyabr 2026, 23:29

Rikardo Martins Qimaraeş Afrika Millətlər Kubokunun seçmə mərhələsində Sudan qarşısında qol vurdu

Futbol
29 sentyabr 2026, 22:25

"Zirə"nin yarımmüdafiəçisi Mozambik millisi ilə Sudanı 4-1 məğlub etdi və qol vurdu

Oxşar xəbərlər