Rusiyalı iş adamı Roman Abramoviç "Qalatasaray" klubunun nəzarət paketini almaq planı üzərində işləyir.
İdman.Biz Türkiyə mediasına istinadən xəbər verir ki, klub hazırda fondun idarəsi altında olduğundan "Qalatasaray"ın aktivləri fiziki şəxslərə və ya xarici investorlara satıla bilməz.
Yalnız fondun özü bu barədə qərar qəbul edərsə, satış mümkündür. Məhz buna görə də Abramoviçin dolayı yollarla əməkdaşlıq formatına üstünlük verməli olacağı bildirilir. Məsələn, sponsorluq müqavilələri, infrastruktur tərəfdaşlığı və ya klubun kommersiya şirkətləri ilə birgə layihələr vasitəsilə əməkdaşlıq mümkündür. Bu halda investor birbaşa səhmdar kimi deyil, strateji tərəfdaş kimi çıxış edəcək.
Əgər bu variant həyata keçsə, Roman Abramoviç Süperliqanın son illərdəki hegemonu "Qalatasaray"da əsas fiqura çevriləcək. Məlumata görə, rusiyalı qapıçı Matvey Safonov da gələcəkdə bu kluba icarə əsasında keçə bilər, "Qalatasaray" ötən transfer pəncərəsində onunla maraqlanmışdı.