"Legiya"nın müdafiəçisi Yan Siolkovski karyerasını İtaliyada davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesaabında məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Roma" 20 yaşlı polyakı "rənglərinə bağlamaq" qarşı tərəflə danışıqları yekunlaşdırmaq üzrədir.
Qeyd edək ki, futbolçunun transfer haqqı 6 milyon avro + bonuslar təşkil edəcək. Müqavilə 2030-cu ilin yayına qədər qüvvədə olacaq.