İtaliyanın "Roma" klubu UEFA Avropa Liqasında yeni rekorda imza atıb.
"Report"un məlumatına görə, "canavarlar" bunu Fransada "Nitsa" komandasını I turun matçında məğlub etməklə gerçəkləşdirib.
Paytaxt təmsilçisi turnirdə ən çox qalibiyyət əldə edən kollektiv olub.
97-ci qələbəsini qazanan "Roma" bu göstəricidə İngiltərənin "Tottenhem" klubunu geridə qoyub.
Qeyd edək ki, İtaliya komandası sözügedən qarşılaşmada rəqibini 2:1 hesabı ilə üstələyib.
Roma klubu UEFA Avropa Liqası rekord qələbə sayı