İtaliya çempionatının 7-ci turunda "Roma" səfərdə "Fiorentina" üzərində 2:1 hesablı qələbə qazanıb.
İdman.biz xəbər verir ki, paytaxt klubunun qollarını Matias Sule (22-ci dəqiqə) və Brian Kristante (30-cu dəqiqə) vurub.
Meydan sahiblərinin yeganə qolunu isə 14-cü dəqiqədə Moyze Kin vurub.
Qeyd edək ki, bu qələbə sayəsində "Roma" xallarını 15-ə çatdıraraq A Seriyasının lideri olub. "Fiorentina" isə 3 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.