Braziliya millisinin futbolçusu Rodriqo mövsümün sonunda komandasını dəyişə bilər.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, hazırda İspaniya təmsilçisi "Real"da çıxış edən hücumçu ilə beş klub maraqlanır.
İngiltərənin "Çelsi", "Arsenal", "Tottenhem", İtaliyanın "İnter" və Səudiyyə Ərəbistanın "Əl-Hilal" komandası oyunçunu heyətinə qatmaq istəyir.
Rodriqo "Kral klubu"nda ehtiyat oyunçular skamyasında oturmağa razı deyil.
25 yaşlı forvard cari mövsüm 26 oyunda üç qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.