"Real"ın(Madrid)hücumçusu Rodriqo Qoes klubdan mümkün ayrılığı düşünür. Sport24.az xəbər verir ki, braziliyalı oyunçu komandadakı hazırkı rolundan, bu mövsüm qazandığı oyun müddətindən narazıdır və artıq qış "transfer pəncərəsi"ndə Madrid klubunu tərk etməyi planlaşdırır.
"Real" rəhbərliyi oyunçu üçün təkliflərə açıqdır, lakin yalnız daimi transferi nəzərdən keçirir, icarədən söhbət gedə bilməz.
Rodriqo karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək istəyir. Bu mövsüm Rodriqo bütün yarışlarda 15 oyunda meydana çıxıb və 3 məhsuldar ötürmə edib.
O, 17 matçda 6 qol vurub və 6 məhsuldar ötürmə edib. Braziliyalının "Real"la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.