Madrid "Atletiko"sunun yarımmüdafiəçisi Rodriqo de Paul "İnter Mayami"yə keçməyə razılıq verib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano X sosial şəbəkəsində yazıb.
Mənbənin sözlərinə görə, MLS klubu Madrid təmsilçisi ilə 31 yaşlı argentinalının transferi ilə bağlı ortaq məxrəcə gəlməyə yaxındırlar.
Qeyd edək ki, De Paul 2024/25 mövsümündə bütün turnirlərdə 53 matçda iştirak edib, 3 qol vurub və 10 məhsuldar ötürmə edib.