İspaniya millisinin futbolçusu Rodri DÇ-2026-nın seçmə mərhələsində Gürcüstan və Bolqarıstana qarşı keçirəcəkləri oyunları buraxacaq.
"Report" xəbər verir ki, bu barədə yerli federasiya məlumat yayıb.
İngiltərənin "Mançester Siti" klubunda çıxış edən yarımmüdafiəçi "Brentford"la matçda zədə aldığı üçün yığmanın heyətindən kənarlaşdırılıb.
Qeyd edək ki, İspaniya millisi oktyabrın 11-də Gürcüstan, üç gün sonra isə Bolqarıstan komandalarını qəbul edəcək.