"Mançester Siti" futbol klubun ispaniyalı yarımmüdafiəçi Rodri yay transfer pəncərəsində "Real Madrid"ə transfer oluna bilər.
İdman.Biz xəöbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Bildirilir ki, futbolçu gələcək taleyi ilə bağlı qərarını yaxın aylarda verəcək.
"Real Madrid" rəhbərliyində Rodriyə böyük rəğbət bəsləyən şəxslərin olduğu vurğulanır və onun oyun keyfiyyətlərinin yüksək qiymətləndirildiyi qeyd edilir.