"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının növbəti qalibi bəlli olub.
İdman.biz xəbər verir ki, dünyanın ən yaxşı futbolçusu adına Rodri layiq görülüb.
İspaniya yığması və "Mançester Siti"nin yarımmüdafiəçisi səsvermədə "Real"ın futbolçuları Cud Bellingem və Dani Karvahalı qabaqlayıb.
"Real" 2023/2024 mövsümündə dünyanın ən yaxşı klubu mükafatına layiq görülüb. Qadınlar arasında isə analoji mükafat "Barselona" qismət olub.
Mövsümün ən sərrast futbolçuları Harri Keyn ("Bavariya") və Kilian Mbappe ("Real") seçiliblər. Mövsümdə 52 qol vuran forvardlar Herd Müller mükafatına layiq görülüblər.
Argentina yığması və "Aston Villa"nın qapıçısı Emiliano Martines ən yaxşı qapıçı nominasiyasında Lev Yaşin mükafatını qazanıb.
İdman.biz