Uzun müddətdir zədə səbəbindən komandadan ayrı düşən "Turan Tovuz"un müdafiəçisi Roderik Miller bu həftədən kollektiv məşqlərə başlamalı idi. Ancaq müdafiənin geri dönüşü bir qədər güc olacaq. Sport24.az-ın əldə etdiyi məlumata görə, Panama millisinin də şərəfini qoruyan futbolçu təcili ölkəsinə dönməli olub.
Gələn ay 33 yaşını qeyd edəcək müdafiəçinin əzizi dünyasını dəyişdiyindən o, tovuzluların düşərgəsini tərk edib.
Qeyd edək ki, mərkəz müdafiəçisi cari mövsümdə "boz qurdlar"ın heyətində 14 matça çıxıb. Onun aktivində 4 qol və 1 məhsuldar var.