top
Roderik Miller: Kubokda maksimum irəli getmək və kuboku qazanmaq hədəfimizdir Idman.biz
06 dekabr 2025, 17:48
- ↺ +

Roderik Miller: Kubokda maksimum irəli getmək və kuboku qazanmaq hədəfimizdir

"Vaxtında qollar vurmadıq. Matça erkən qolla başlasaq da, ardını gətirə bilmədik".

Bunu "Turan Tovuz"un müdafiəçisi Roderik Miller futbolxeber.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Azərbaycan kubokunun 1/4 finalında I Liqa təmsilçisi "Şahdağ-Qusar" üzərində 2:1 hesablı qələbə qazandınız. Görüşü necə şərh edərdiniz?

- Kubok oyunu idi. Ağır qarşılaşma alındı. Açıq demək lazımdır ki, bizim üçün qarşılaşma çətin keçdi. Ən vacib odur ki, qələbə qazandıq və mərhələ adladıq.

- Oyunun çətin keçməyinin səbəbi nə idi? Arxayınçılıq ola bilər?

- Vaxtında qollar vurmadıq. Matça erkən qolla başlasaq da, ardını gətirə bilmədik. Halbuki daha inamlı çıxış etmək lazım idi. Hesab arasındakı fərqi vaxtında artırsaydıq, bizim üçün görüş daha rahat keçərdi.

- Növbəti mərhələdə "Kəpəz"lə üz-üzə gələcəksiniz. Gəncə klubunun "Araz-Naxçıvan"ı mübarizədən kənarlaşdırmasını sürpriz hesab edirsiniz?

- Sürpriz deməzdim. Əslində bizim üçün elə bir fərqi yox idi. "Kəpəz" də, "Araz-Naxçıvan" da yaxşı komandadır.

- Ümumiyyətlə, kubokda "Turan Tovuz"un hədəfi nə qədər irəli getməkdir?

- Hədəf maksimum irəli getmək və kuboku qazanmaqdır.

- Bunu nə dərəcədə real hesab edirsiniz?

- Çox çalışsaq, hədəfimizə çata bilərik. Kubokda növbəti mərhələ gələn il olacaq. Zaman var.

- Ölkə çempionatında son 3 turda qələbə qazana bilməmisiniz. Uğursuz seriyaya "Qəbələ" səfərində son qoymaq mümkün olacaq?

- Həmin matçda hədəfimiz 3 xaldır. Dediyiniz kimi, son turlar bir qədər nəticələrimiz ürəkaçan olmadı. Ona görə də "Qəbələ" ilə görüşdə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Turnir cədvəlində daha da yuxarı pillələrə qalxmaq istəyirik.

- Məlumdur ki, "Turan Tovuz"un qarşısına çempionluq tapşırığı qoyulub. Siz isə kuboku qazanmağı da hədəflədiyinizi dediniz. Komandanın gücü sona qədər hər iki cəbhədə mübarizə aparmağa imkan verəcək?

- Hazırda zədəlilərimiz var. İnanıram ki, onlar tezliklə sıraya dönəcəklər. Tam heyətlə hər iki cəbhədə sona qədər mübarizə aparmağa qadirik. Sadəcə dayanmadan çalışmaq, daha da inkişaf etmək lazımdır.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:40

Okan Buruk: "Qalatasaray" Fənərbağçaya Şampionlar Liğasında fərsət vermədi

Futbol
Bu gün, 14:38

İtaliyada futbol oyunu sonrası 8 nəfər saxlanıldı, bir azarkeş komada

Futbol
Bu gün, 14:25

İngiltərə Liqa Kubokunun 1/8 finalı start götürür: "Liverpul" - "Çelsi" odak nöqtəsində, "Arsenal" üçün sərt sınaq

Futbol
Bu gün, 14:16

"Hoffenhaym" baş məşqçisi Kristian İlzer, xəstə Vensan Kompaniyə dəstək mesajı verdi

Futbol
Bu gün, 14:13

World Winners Cup Alanya 2026

Futbol
Bu gün, 14:05

Azərbaycan Kubokunda 12 oyun start götürdü: “Zirə” “Səbail”ə, “Araz-Naxçıvan” “Şimal”a qarşı

Qarabağ FK
Bu gün, 13:59

Aftandil Hacıyev: “Dinamo Zaqreb” qarşısında təcrübəmizi nəticəyə çevirməli, daha cəsarətli və keyfiyyətli oyun nümayiş etdirməliyik

Cüdo
Bu gün, 13:52

Abşeron-Xızı cüdo çempionatı Oktyabrın 31-də Sumqayıtda keçiriləcək

Futbol
Bu gün, 13:44

Bakıda U-15 Dünya Çempionatının qrup mərhələsi yekunlandı: İngiltərə, Fransa və Argentina turnirdən kənarda qaldı

Futbol
Bu gün, 13:40

Andrey Fedilchenkov Liverpool skaut şöbəsinin rəhbəri olacaq

Cüdo
Bu gün, 13:29

Hidayət Heydərov 73 kq çəki dərəcəsində qalanı qəbul etdi və Əbu-Dabidəki "Böyük Dəbilqə" turnirinə bu divarda qatılacaq

Futbol
Bu gün, 13:24

Kristal Pelas İsmaila Sarrı satmaq istəmir, Liverpool və Qalatasaray hələ də maraqlanır;

Futbol
Bu gün, 13:21

Arçi Braun: Bardakçıya sərt sözlər, 'Qadın kimi cırmaq atırlar'

Futbol
Bu gün, 13:14

Tural Cəlilov: Şimal Araz‑Naxçıvanı ‘Aşkar favorit’ kimi qiymətləndirir

Futbol
Bu gün, 13:00

Bojan Letici: "PAOK mənə qəti şəkildə maraqlanır, lakin son anda tələb olunan məbləğ o qədər həddindən artıq idi ki, Real Madrid belə verməzdi"

Futbol
Bu gün, 12:44

Almaniya Kuboku: "Borussiya" "Verder"ə, "Bavariya" "Maqdeburq"a qarşı – 1/16 final mərhələsi başlayır

Futbol
Bu gün, 12:40

Milan, amerikalı hücumçu Kristian Pulişiç ilə müqaviləni uzadır

Güləş
Bu gün, 12:17

Azərbaycanın iki qadın güləşçisi və İslam Abbasov dünya çempionatında məğlub oldular;

Futbol
Bu gün, 12:00

«Səbail»in yeni transferi Sofian Budra: «Azərbaycanda oynayacağımı heç vaxt təsəvvür etməmişdim»

Cüdo
Bu gün, 11:59

Bakıda Braziliya ciu-citsu üzrə açıq turnir keçirilib - FOTO

Futbol
Bu gün, 11:51

London “Qızıl top” mərasimi: tıxaclar, əvvəlcədən açıqlanmış qaliblər və təhlükəsizlik hadisələri

Futbol
Bu gün, 11:41

Mbappe zarafatına görə Çində iki sponsorunu itirdi

Futbol
Bu gün, 11:40

Lozanna klubunun 37 milyard funt-sterlinqə satışı

Futbol
Bu gün, 11:37

Mbappe-ın Çin reklam skandalı: üç şirkət əməkdaşlığı dayandırdı

Oxşar xəbərlər