top
Roberto Olabe: Premyer Liqanın son turuna qədər çempionluq üçün döyüşəcəyik Idman.biz
01 sentyabr 2025, 15:01
- ↺ +

Roberto Olabe: "Premyer Liqanın son turuna qədər çempionluq üçün döyüşəcəyik"

"Turan Tovuz"un yarımmüdafiəçisi Roberto Olabenin Futbolxeber.az-a müsahibəsi

- Azərbaycan Premyer Liqasının üçüncü turunda səfərdə "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldiniz. Görüşdə bağlı nə deyə bilərsiniz?

- Qələbə qazandığımız üçün xoşbəxtik. Səfərə 3 xal üçün gəlmişdik. Qələbəyə baxmayaraq, öz üzərimizdə daha da işləməliyik. Xeyli boşluqlarımız var. Milli komandaların oyunu öncəsi yaranmış fasiləyə 3 xal qazanaraq yollanmağımız olduqca vacib idi.

- Vurduğunuz qol bir qədər gözlənilməz alındı. Həmin epizodu necə şərh edərdiniz?

- Ola bilər bir qədər gözlənilməz olsun. Bununla belə necə olur olsun, əsas odur ki, fərqlənməyi bacarmışam. Vurduğum qol komandaya 3 xal qazandırdı. Ona görə də bunun elə bir fərqi yoxdur.

- Ötən turdakı "Araz-Naxçıvan" məğlubiyyətindən sonra "Neftçi" ilə görüşə köklənmək nə dərəcədə çətin idi?

- Əlbəttə, "Neftçi" yaxşı oyunçulara sahibdir. Onlar bizimlə matçda baxımlı oyun nümayiş etdirdilər. Ona görə də qarşılaşma çətin alındı. Bilirdik ki, "Neftçi"yə qarşı səfərdə oynamaq ağır olacaq. Bununla belə, qələbə qazana bildik.

- Komandanızın ilk 3 turdakı çıxışını necə qiymətləndirirsiniz?

- Nəticələrimizi günbəgün yaxşılaşdırırıq. Heyətdə keyfiyyətli futbolçularımız var. Düşünürəm ki, belə davam etsək, daha böyük nəticələr qazana bilərik.

- "Turan Tovuz"un qarşısına çempionluq hədəfi qoyulub, komandanın bu vəzifənin öhdəsindən gəlməsi nə dərəcədə realdır?

- Niyə də yox? Hamımız bunu arzulayırıq. Çempion olmaq üçün öz üzərimizdə işləyirik. Ona görə də Premyer Liqanın son turuna qədər çempion olmaq üçün döyüşəcəyik.

- Azərbaycan Premyer Liqasının səviyyəsini necə dəyərləndirirsiniz?

- Çempionat olduqca gərgindir. Hər matçda rəqabətlilik səviyyəsi olduqca yüksəkdir. Bu çempionatda əzmkarlıq, sürət var. Topla oynamaq baxımından yüksək texnika nümayiş etdirilir. Azərbaycan çempionatında çıxış etmək olduqca vacib və yaxşı bir təcrübədir.

- Daha əvvəl Madrid "Atletiko"sunda oynadığınızı nəzərə alsaq, "Land of fire Azerbaijan" ifadəsi sizə nəsə deyir?

- Əlbəttə, çox şey deyir. Bilirəm ki, vaxtı ilə "Atletiko" və Azərbaycan arasında əməkdaşlıq olub. Bu ifadə mənim üçün də olduqca önəmlidir. Günbəgün burada olduqca bunun mənasını daha yaxşı anlayıram.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:28

Villan Paço Barselona transferi istəyir, amma məşqçi Luis Enrike qarşıdır

Futbol
Bu gün, 09:20

Bayern Münich 18 yaşlı Polşalı sol cinah oyunçusu Oskar Pituşevskiyi transfer radarına aldı

Qarabağ FK
Bu gün, 09:00

Zirə Qəbələ'yi 11-ci Turda Qonaq Eder

Futbol
Bu gün, 08:41

Portuqaliya milli komandası məşqçisi Ronaldo ilə ayrılmağı şərh etdi;

Futbol
Bu gün, 08:40

Ronaldo, Portuqaliya millisinin vida matçına dəvəti rədd etdi

Qarabağ FK
Bu gün, 08:20

“SOCAR Polymer Arena”da Şəfa ilə Araz‑Naxçıvanın dueli

Futbol
Bu gün, 08:12

Messi Argentina klubuna qayıtmaq şansını rədd edir

Futbol
Bu gün, 08:00

Neymarın atası Santos klubunun baş meneceri təyin edildi

Futbol
Bu gün, 07:18

“Barselona” Xulian Alvaresi üçün 100 milyon avroluq transferdən imtina etdi

Futbol
Bu gün, 06:13

Fabrizio Romano: Arsenal qış transfer pəncərəsində yeni hücumçu ala bilər

Futbol
Bu gün, 05:21

Ronaldo: Sir Alex Ferguson məni əsl kişiyə çevirdi

Futbol
Bu gün, 04:07

Qadınlar futbolunda topun zərbəsi ilə həm qol, həm də zədələnmə – VİDEO

Futbol
Bu gün, 02:15

Sevilya 0:0 Alaveslə rəngdən qalıb, penalti qaçırdı

Futbol
Bu gün, 02:07

Everton, Barrinin dublu sayəsində 3:1-ə Koventriyə məğlub oldu

Futbol
Bu gün, 02:02

Cəlal Hüseynovun dəyişdirilməsi ilə “Petrolul” uzaqda 1-0 qələbə qazandı

Futbol
Bu gün, 01:55

Venesiya Udinezu məğlub edərək 3 xal qazandı

Digər
Bu gün, 01:48

Xankəndi stadionu Zəfər Günündə bəzədilər

Futbol
Bu gün, 01:41

Hamburg 3-1 Borussiyaya qələbə qazandı

Qarabağ FK
Bu gün, 01:23

Musa Qurbanlı: Xal itkilərinə baxmayaraq çempionluq hədəfi dəyişməyib

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Oxşar xəbərlər