"Liverpul"un keçmiş hücumçusu Roberto Firmino karyerasını Qətərin "Al Sadd" klubunda davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin məlumatına görə, 33 yaşlı braziliyalı artıq yeni klubu ilə müqavilə imzalayıb.
Qeyd edək ki, Firmino 2023-cü ilin yayından Səudiyyə Ərəbistanının "Əl Əhli" klubunda çıxış edir. O, Pro Liqada mübarizə aparan komandada ümumilikdə 65 oyun keçirib, 21 qol vurub və 17 məhsuldar ötürmə edib.