Roberto D'Aversa "Sassuolo"nun yeni baş məşqçisi olacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial şəbəkə hesabında paylaşım edib.
Alberto Akvilaninin istefaya göndərilməsindən sonra, 51 yaşlı mütəxəssis cari mövsümün sonuna qədər komandaya rəhbərlik edəcək.
Daha əvvəl D'Aversa baş məşqçi kimi "Torino", "Empoli", "Leççe", "Sampdoria", "Parma" və "Virtus Lançiano" klublarında çalışıb.
Qeyd edək ki, "Sassuolo" 11 turdan sonra A Seriyasında 17-ci pillədə qərarlaşıb.