top
Robertas Poşkus: Litva və Azərbaycan birinci yer uğrunda mübarizə aparmalıdır Idman.biz
21 fevral 2026, 14:00
- ↺ +

Robertas Poşkus: Litva və Azərbaycan birinci yer uğrunda mübarizə aparmalıdır

"Litva və Azərbaycan birinci pillə uğrunda mübarizə aparmalıdır. Bu dəqiqdir".

Bunu Litva millisinin sabiq forvardı, Azərbaycanda "İnter"(indiki "Şamaxı") və Simurq"un heyətində legioner həyatı yaşamış Robertas Poşkus sportal.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Azərbaycan və Litva milli komandaları Millətlər Liqasında eyni qrupda mübarizə aparacaq. Qrupdakı digər komanda isə Lixtenşteyndir. Püşkatmanı Litva üçün uğurlu hesab edirsiniz?

- Püşkatmanın uğurlu olub-olmaması başqa mövzudur. İndi elə dövr gəlib ki, baxırsan, bütün qruplarda komandaların hamısı eyni səviyyədədir. Azərbaycan, Lixtenşteyn və Litva eyni səviyyədə olan komandalardır. Ona görə püşkatma necə olursa-olsun, oynamaq lazımdır.

- Qrupun aşkar favoriti, Litvadır, yoxsa Azərbaycan?

- Litva və Azərbaycan birinci pillə uğrunda mübarizə aparmalıdır. Bu dəqiqdir. Hər halda, zamanla oyunlar göstərəcək. Fikrimcə, həm Litva, həm də Azərbaycan eyni şansa sahibdir.

- Azərbaycan millisinin D divizionunda yer alması ölkədə çox pis qarşılanır. Hamı bunun çox pis nəticə olduğunu deyir. Bəs Litvada vəziyyət necədir? Litva futbol ictimaiyyəti bu nəticəni normal, yoxsa bərbad hesab edir?

- Əlbəttə ki, Litva millisinin də indiki nəticələri normal qəbul edilmir. Çünki Litva hər zaman "top-100"də, hətta "top-50"də yer almış komanda olub. Hər zaman yüksək səviyyədə oynamışıq. Bu mənada, D divizionunda yer almağımız Litva üçün çox ciddi mənada pis nəticədir. Demək ki, bu qrupdan daha yuxarı yerlərə gedə biləcəyini göstərmək lazımdır. Hər şey millinin özündən asılır. BU, Azərbaycan millisinə də aiddir. Azərbaycan Premyer Liqasının təmsilçisi olan komanda Çempionlar Liqasında oynayır. "Qarabağ"ı deyirəm. Orada bir çox futbolçular yüksək təcrübə qazanırlar. Fikrimcə, nə Litva, nə də Azərbaycan D divizionunda yer almalıdır. Hər iki komanda daha yüksək yerlərdə olmalıdır.

- Litva və Azərbaycan arasındakı oyunlar sizin üçün yəqin ki, daha maraqlı olacaq? Sizcə, hazırda hansı komanda daha güclüdür?

- Əlbəttə ki, Litva və Azərbaycan milliləri arasında olacaq oyunlara baxmaq maraqlıdır. Bütün millilərə baxıram, maraqlanıram. Azərbaycan millisini də izləyirəm. Mən orada oynayanda Azərbaycan başqa səviyyədə idi, indi başqa səviyyəyə keçiblər. "Qarabağ" da Çempionlar Liqasında oynayırlar. Onlar da beynəlxalq təcrübə qazanırlar. Çox maraqlı görüşlər olacaq.

- Sizcə, həlledici oyunlar Bakı və Kaunasda keçiriləcək?

- Yəqin ki, belə ola bilər. Amma gəlin unutmayaq ki, axı Lixtenşteyni də məğlub etmək lazımdır. İrəliyə qaçmayaq, hadisələri qabaqlamayaq. Fikrimcə, Litva və Azərbaycan milliləri birinci yer uğrunda mübarizə aparacaq.

- Litva millisinin baş məşqçisi Edqaras Yankauskas lazım olacağı təqdirdə, Valdas Dambrauskasla danışa biləcəyini söyləyib. Sizcə, Valdas Dambrauskas onun üçün hansı önəmli məlumatı deyə bilər?

- Bəli, düşünürəm ki, 100 faiz Yankauskas Dambrauskasla danışıb. Çünki Valdas artıq Azərbaycan çempionatını yaxşı tanıyır. Bütün oyunçuları bilir, istənilən məlumat lazımlıdır. Yəqin ki, danışıblar. Ya da danışacaqlar. Hər halda, Yankauskas lazımı məlumatları götürə bilər. Maraqlı matçlar bizi gözləyir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Digər
Bu gün, 09:46

İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində yanıq xəsarətləri aldı

Futbol
Bu gün, 09:40

Ronald Arauxo hələ gələcəyinə qərar vermədi

Futbol
Bu gün, 09:33

Mançester Yunayted, 2027 yay transferi üçün Murilloni araşdırır

Futbol
Bu gün, 09:33

Şamaxı futbolçusu Uğur Cahangirov müdafiə problemlərini vurğuladı

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Boks
Bu gün, 08:35

Gülər Hüseynova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının 1/4 finalında Panama boksçusuyla üz-üzə gələcək

Futbol
Bu gün, 08:20

Bayern prezidenti Uli Hönes: Musialanın xəstəliyi tam sağala bilməyəcək

Futbol
Bu gün, 08:00

Sassuolo baş məşqçisi Alberto Aquilani vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Oxşar xəbərlər