top
Robert Yarni: Zirə meydanda özünü yaxşı tərəfdən göstərən komandadır Idman.biz
20 iyun 2025, 14:47
- ↺ +

Robert Yarni: "Zirə" meydanda özünü yaxşı tərəfdən göstərən komandadır

Xorvatiya millisinin və "Hayduk"un sabiq futbolçusu, karyerası ərzində İtaliyanın "Yuventus" və İspaniyanın "Real Madrid" kimi məşhur komandalarında oynamış Robert Yarninin AZƏRTAC-a müsahibəsi

- "Hayduk" Konfrans Liqasında Azərbaycan təmsilçisi "Zirə" ilə qarşılaşacaq. Bu oyundakı şansları necə dəyərləndirirsiniz?

- Hazırda "Hayduk"un vəziyyəti ideal deyil. Bir neçə futbolçu komandadan ayrılıb və heyət yenidən qurulur. Onların necə çıxış edəcəyini əvvəlcədən söyləmək çətindir. Yeni oyunçular var, uyğunlaşma vaxt tələb edir. Ancaq hələlik zaman var, görək nələr baş verəcək, kimlər oynamağa hazır olacaq. İndi vəziyyət bir-iki il öncəki kimi deyil, hamı ötən ildəkindən daha yaxşı nəticə gözləyir, lakin bunu yalnız zaman göstərəcək.

- "Zirə" haqqında məlumatınız var?

- Düzünü desəm, çox ətraflı məlumatım yoxdur. Amma eşitdiyimə görə, "Zirə" meydanda özünü yaxşı tərəfdən göstərən komandadır. Bununla belə, meydanda kimin daha güclü olduğunu oyunun gedişində görəcəyik.

- Azərbaycan təmsilçisinin baş məşqçisi Rəşad Sadıqovu tanıyırsınız? O, Azərbaycan millisində və "Qarabağ"dakı çıxışı ilə xatırlanır...

- Təəssüf ki, tanımıram. Amma onunla tanış olmaq istərdim.

- Azərbaycan futbolu barədə nə bilirsiniz?

- Bir müddətdir, heç bir klubda çalışmıram, amma Azərbaycan millisində işləmiş Robert Prosineçki mənə futbolunuz barədə çox şey danışıb. Onun dediyinə görə, klublar yaxşı təşkil olunub və futbolçular meydanda olduqları zaman özlərini tam olaraq oyuna verirlər.

- "Qarabağ" son illər avrokuboklarda uğurla çıxış edir. Bu komanda baradə nə deyə bilərsiniz?

"Qarabağ"ın bir oyununa baxmışam. Azərbaycan təmsilçisi Avropada adından yaxşı mənada söz etdirir. Həqiqətən də digər rəqiblər üçün "Qarabağ"la qarşılaşmaq asan məsələ deyil.

- Azərbaycandan sizə iş təklifi gəlsə, qəbul edərdinizmi?

- Əlbəttə, niyə də yox?

- Maraqlıdır, Azərbaycan klublarından hansında çalışmaq istərdiniz?

- Hazırda konkret klub adı çəkmək çətindir, çünki bütün komandaları yaxından tanımıram. Amma Azərbayacanda çalışan həmkarlarım yerli futbolçuların meydana çıxanda əllərindən gələni etdiklərini və qələbə üçün böyük səylə oynadıqlarını deyiblər.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 10:02

Gəncə basketbol komandası FIBA Avropa Kubokunda Portuqaliya “Sportinq” ilə qarşılaşacaq

Futbol
Bu gün, 10:00

FIFA 'Kəpəz'dən 152,000 avro ödəniş tələb edir

Voleybol
Bu gün, 09:48

Turan, CEV Çempionlar Liqasında Mladostu qonaqlayaraq cavab oyununu keçirəcək

Futbol
Bu gün, 09:40

Bayern rəhbəri yeni müqavilə üçün Keynlə gərgin danışıqlar aparıldığını açıqladı

Futbol
Bu gün, 09:38

Arsenal Flitvudla oyunda məğlubiyyətə məruz qaldı

Futbol
Bu gün, 09:38

Barselona’nın 20 yaşlı yarımmüdafiəçisi Alaves qarşısında debut edə bilər

Futbol
Bu gün, 09:20

İsmayıl Jakobs milli karyerasını bağladı

Futbol
Bu gün, 09:08

“Çelsi” Estevao Villianın PSJ-yə icarəsi üçün üç şərt təqdim edib

Güləş
Bu gün, 09:04

Azərbaycanın üç güləşçisi Astanada Dünya çempionatına çıxır

Futbol
Bu gün, 09:00

Azərbaycan Kubokunun II təsnifat mərhələsi iki oyunla yekunlaşdırılacaq

Futbol
Bu gün, 08:40

Zenit'in 26 yaşlı mərkəz müdafiəçısı Nuralı Alip Galatasaray'a keçə bilər

Futbol
Bu gün, 08:12

Real Madrid futbolçusunun Valverde'nin sağlamlığına dair narahatlığa son

Futbol
Bu gün, 08:00

Paris Klubu 20 yaşlı əlcəzairli futbolçuya ciddi maraq göstərir

Futbol
Bu gün, 07:13

Karvaxal: Real Madriddə bəzən münaqişələr əlbəyaxa döyüşə qədər yüksəlirdi

Futbol
Bu gün, 06:23

Real Madrid, Mbappe qalmaqalını həll etmək üçün La Liqanın köməyi təklifini rədd etdi

Futbol
Bu gün, 05:17

“Bavariya” və “Ayaks” Keniyanın yeni 60 min tutumlu stadionunun açılış oyununu keçirəcək

Futbol
Bu gün, 04:15

Napoli 20 milyon avroluq müdafiəçi üçün marağını yenidən qaldırdı

Futbol
Bu gün, 03:07

Bakı U-15 Dünya Çempionatında 13 min porsiya yemək və 950 oyun: FIFA rekord pərdəarxasını açıqladı

Futbol
Bu gün, 02:33

Liverpool və Manchester City penalti seriyasında qalib, Bornmu, Kristal Palas və Sanderlend 1/4 finala yüksəldi

Digər
Bu gün, 02:27

İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib;

Futbol
Bu gün, 01:59

Bavariya və Bayer Almaniya Kubokunda Qələbə Qazanır

Digər
Bu gün, 01:28

Qonsalu Ramuş PSJ-dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Digər
Bu gün, 01:09

“Milan”ın məğlubiyyətindən sonra A Seriyasında yalnız üç yenilməz komanda qaldı

Qarabağ FK
Bu gün, 00:51

Rəşad Sadiqov: “Təhsil və sıx oyun proqramı futbolçularımızı yorur, bəzi hallarda dərsdən dərhal sonra məşqə gəlirlər”

Oxşar xəbərlər