top
Robert Levandovski Mançester Yunaytedə keçidi və Lamin Yamal haqqında danışdı Idman.biz
13 avqust 2025, 13:31
- ↺ +

Robert Levandovski "Mançester Yunayted"ə keçidi və Lamin Yamal haqqında danışdı

"Barselona"nın hücumçusu Robert Levandovski açıqlayıb ki, 2012-ci ildə baş məşqçi Ser Aleks Fergüsonun rəhbərliyi altında oynamaq üçün "Mançester Yunayted"ə keçmək istəyib.

İdman.biz xəbər verir ki, bu keçid baş tutmayıb, çünki polşalının o vaxtkı klubu "Borussiya Dortmund" transferə icazə verməyib.

Levandovski 2014-cü ilin yayında azad agent kimi "Bavariya"ya keçib. Təcrübəli futbolçu BBC-yə müsahibəsində o illəri belə xatırlayıb: "Mançester Yunayted"ə keçmək qərarını vermişdim. Aleks Fergüsonla çalışmaq istəyirdim. Dortmund klubu məni satmadı, çünki başa düşürdülər ki, əgər qalsam, daha çox pul qazana bilərlər. Onlar bilirdi ki, mən bir-iki il daha gözləyə bilərəm. Amma doğrudur ki, "Mançester Yunayted"ə "hə" demişdim".

Levandovski 2010-cu ildə Polşanın "Lex Poznan" klubundan Dortmund "Borussiya"sına keçməzdən əvvəl İngiltərənin "Blekbörn Rovers" klubunun da maraq dairəsində olub. O, karyerası ərzində Premyer Liqada oynamaması barədə qarışıq hissləri olduğunu bildirib: "Bəlkə də peşmanlıq ola bilər. Amma geriyə baxanda "Bavariya", "Borussiya Dortmund" və indi də "Barselona" kimi klublarda oynamışam, deməli, karyeramdan çox razıyam".

Levandovski Almaniyada parlaq karyera qurub. "Bavariya"nın heyətində 344 qolla klub tarixində Gerd Müllerdən sonra ən məhsuldar ikinci oyunçu olub. O, Münhendə keçirdiyi 8 mövsümün hamısında Bundesliqa çempionu olub və 2019/20 mövsümündə Çempionlar Liqasını qazanıb.

Uğurlu çıxış "Barselona"da da davam edib – burada üç mövsüm ərzində 2 La Liqa titulu, 2 İspaniya Superkuboku və 1 İspaniya kuboku qazanıb: "Mən heç vaxt elə hiss etməmişəm ki, nəyisə qaçırmışam. Çünki hər qərarı öz istəyimlə vermişəm".

Levandovski ötən mövsüm Çempionlar Liqası tarixində 100 və ya daha çox qol vuran oyunçular sırasına daxil olaraq, Kriştiano Ronaldo və Lionel Messiyə qoşulub. Hazırda o, peşəkar karyerasının 22-ci mövsümünə başlayır.

Bu ay 37 yaşı tamam olacaq polşalı futbolçu hələ də gənc oyunçularla rəqabət aparmaq üçün motivasiya hiss edir: "Əgər görürəmsə ki, mən hələ də onları yox, onlar məni yaxalamağa çalışır – bu, o deməkdir ki, qarşıdakı mövsüm də uğurlu ola bilər.

Mən hələ də öz ən yaxşı çıxışımı göstərmək üçün buradayam. Başa düşürəm ki, gənclərlə mübarizə apara bilmərəm, amma onlara kömək edə bilərəm və onlar da mənə kömək edə bilər. Mən onlardan çox şey öyrənirəm. Heç vaxt elə düşünməzdim ki, bu cür olacaq".

"Barselona"nın parlayan ulduzu Lamin Yamal haqqında da danışan Levandovski onun bacarığını hələ 2022-ci ildə əsas komanda ilə ilk məşqində görüb: "Bu, həyatımda ilk dəfə idi ki, 50 dəqiqədən sonra başa düşdüm – o, nəsə xüsusi bacarığa sahibdir. İnanmadım, çünki bu yaşda belə bir futbolçunu görməmişdim – 15 yaşında bu mümkün deyil, deyə düşünürdüm".

Hazırda 18 yaşlı Yamal bu il "Qızıl top" mükafatını qazanmağa əsas namizədlərdən biridir: "Yamalın keçirdiyi mövsüm inanılmaz idi. Həm də onun hələ çox vaxtı var, bu il olmasa da, bəlkə gələn il mükafatı qazana bilər".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 00:52

Afrika mətbuatı “Sabah” - “Borussiya” matçında maraqlı məqama diqqət çəkdi

Futbol
Bu gün, 00:35

Sesk Fabreqas "Mançester Yunayted"in baş məşqçisi olacağı barədə xəbərlərə münasibət bildirməkdən imtina etdi

Futbol
Bu gün, 00:30

Žirasi "Sabah"la Çempionlar Liqası görüşünün ən yaxşı futbolçusu seçildi

Futbol
Bu gün, 00:21

Ronaldu penaltini qaçırdı, Feliks “Əl-Nəsr”ə qələbə qazandırdı

Futbol
Bu gün, 00:03

Dani Olmo, PSG qarşılaşmasında yaralandı

Futbol
Dünən, 23:50

Bundesliqada “Sabah” və “Borussiya Dortmund” matçı 2-1 nəticə ilə sona çatdı, Azərbaycan klubu müqavimət göstərdi

Futbol
Dünən, 23:44

Mikel Artertanın bəyanatı: Subimendi Bayern ilə oyunda iştirak edəcək

Futbol
Dünən, 23:41

Dambrauskas: Keyfiyyətli rəqib qarşısında şansımız az idi

Futbol
Dünən, 23:31

Dambrauskas məğlubiyyətdən sonra futbolçularına qürur duyduğunu bildirdi

Futbol
Dünən, 23:26

Sabah 2-1 məğlubiyyətlə Borussia Dortmund-a: layiqli mübarizə, səhvlər və fürsət itkisi

Qarabağ FK
Dünən, 22:58

İqor Ponomaryov “Sabah”ın “Borussiya”ya məğlubiyyətini şərh etdi

Futbol
Dünən, 22:55

Arsenal, Barcelona müdafiəçisi Xavi Espartı alqı‑satqıya təklif edir

Digər
Dünən, 22:35

Ançelotti: Fransadakı iğtişaşlar Lilldə mağazaları dağıtdı

Futbol
Dünən, 22:19

Flik, Rodrinin PSJ qarşılaşmasında ehtiyatda qalmasının səbəbini izah etdi

Basketbol
Dünən, 22:09

NBA 2026/2027 mövsümündə 125 əcnəbi basketbolçu çıxış edəcək, Fransa Kanada hərfini keçib

Futbol
Dünən, 21:58

Entoni Teylor Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakimlər Komitəsinin sədri ola bilər

Digər
Dünən, 21:50

U-23 Avropa çempionatında 9 medal qazanan Azərbaycan ağırlıqqaldıran seçməsini hava limanında təntənəli qarşılama mərasimi təşkil olundu

Voleybol
Dünən, 21:50

Ziya Rəcəbov: “Qadın voleybolçularımız CEV Çempionlar Liqasında Mladostu 3:0 məğlub etdi və təcrübə öz sözünü dedi”

Futbol
Dünən, 21:39

Mingəçevir futbol klubunda maliyyə böhranı: oyunçular maaş borcuna görə məşqləri boykot edir

Voleybol
Dünən, 21:33

“Turan” qadın voleybol komandası qələbəyə sevinsə də, arxayınlaşmamalıdır

Voleybol
Dünən, 21:31

Həsən Zeynalov: Turanın 3:0 qələbəsi və CEV Çempionlar Liqasında gələcək hədəfləri

Futbol
Dünən, 21:26

David Alaba "Udineze"də ikinci oyunda baldır əzələsindən zədələndi

Voleybol
Dünən, 21:19

Turan baş məşqçisinin CEV Çempionlar Liqasında Mladostu məğlub etməsi: fürsətimiz hələ bitmədi

Futbol
Dünən, 21:14

İngiltərə klubları Roma 60 milyonluq müdafiəçini ələ keçirmək üçün yarışır

Oxşar xəbərlər