Almaniya Bundesliqasının VII turunda "Bayer 04"ün səfərdə "Maynts"a qalib (4:3) gəldiyi oyun Leverkuzen kollektivinin futbolçusu Robert Andrix üçün əlamətdar olub.
"Report" xəbər verir ki, o, sözügedən matçda yeni rekorda imza atıb
31 yaşlı yarımmüdafiəçi ardıcıl 38-ci səfər oyununda uduzmamaqla yeni uğur əldə edib.
Bu göstərici ilə Andrix Dante və Filipp Lama məxsus əvvəlki (37 oyun) rekordu yeniləyib.
Qeyd edək ki, "Bayer 04" hazırda Bundesliqada 5-ci pillədə qərarlaşıb.