top
Robbi Kin: Qarabağın növbəti oyunları məni maraqlandırmır Sport24.az
27 avqust 2025, 23:33
- ↺ +

Robbi Kin: "Qarabağ"ın növbəti oyunları məni maraqlandırmır

Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" – "Ferentsvaroş" (Macarıstan) oyunundan (2:3) sonra qonaq komandanın baş məşqçisi Robbi Kin jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi…

 

– İlk oyundan sonra bu matçla bağlı iddialı danışmışdınız, ancaq nəticə olmadı. Belə danışmaq sizin tərzinizdir, ya Bakıda qələbə qazanacağınızı düşünürdünüz?


– Qələbəyə inanırdıq. Bilirdim ki, çətin oyun olacaq. Oyunçularıma, nəticə qazanacağımıza inanırdıq. Bir qolla uduzduq. Çətin matç oldu. Rəqibi təbrik edirəm. Yaxşı komandaya uduzduq. İmkanlarımız oldu, hədəfə doğru irəliləyirdik, amma təəssüf ki, alınmadı.

 

– Özünüzü necə hiss edirsiniz?


– Yaxşı vəziyyət deyil. Məğlubiyyəti sevmirəm. Baş məşqçi kimi məğlub olmaq mənimçün ağırdır. Futbolçular istəkli idi. Oyunçularım əllərindən gələn hər şeyi etdilər. Mübarizə aparmaq, qalib gəlmək, iddialı olmaq lazımdır. Bəzi hallarda qələbə alınmır. İdmanda bu nəticələr var. Axmaq qollar buraxdıq. Təhlillər aparacağıq, səhvlərimizə baxacağıq. Bəzi anlarda rəqibə "hədiyyə" də verdik.

 

– Kadi Borgesin əlinizdən çıxdığına görə təəssüf hissi keçirdiniz?

– Kadi yaxşı oyunçudur, təzyiqlər edir. Onunla çox vaxt keçirməmişəm. Bəlkə də, iki həftə işləmişik. Kifayət qədər vaxtımız olmayıb. Yaxşı oyunçularımız var. Aleks Tot matçdan öncə xəstələnmişdi, bundan əlavə itkilərimiz var idi. Keyfiyyətli oyunçulara sahibik.

 

– Futbolçu kimi emosional biri olmuşunuz. Baş məşqçi kimi də qollara çılğın reaksiyalar verirsiniz…


– Nə üçün belə düşünürsünüz? Normaldır.

 

– Futbolçulara baxıb hərəkətlər edirdiniz. Buna görə sual verdim…


– Emosional olmalıyam. Qol vururuqsa, emosional olmalıyıq. Siz də qol verəndə sevinirsiniz, hər kəs skamyadan çıxır. Sizin məşqçiniz qollara sevinmirdi? Məşqçinin robot olmağını istəyirsiz? Bizim də emosiyalarımız var. Həm oyunçular, həm də baş məşqçi qollara emosional reaksiya verə bilər. Bu cür suallarda ehtiyatlı olmaq lazımdır.

 

– Baş məşqçilər dəyişir, amma "Ferentsvaroş" "Qarabağ"ı keçə bilmir. Düşünmürsünüz ki, "Qarabağ" lənətiniz var?


– Səhv etmirəmsə, ikinci dəfədir uduzuruq. Futboldur. Bunlar məşqçi ilə əlaqəli deyil. Futbol kollektiv oyundur. Vəziyyəti sorğulaya bilmərəm.

 

– Komandanıza və özünüzə hörmət etməyi bacardınız. Bu "Qarabağ" Çempionlar Liqasında nələr edə bilər?


– Artıq məni maraqlandırmır. "Qarabağ"a uğurlar arzu edirəm. "Qarabağ"ın növbəti oyunları məni maraqlandırmır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:00

Rahid Əmirquliyev: “12 xalla kifayət etmirik, liderdən 6 xal geriyik”

Futbol
Bu gün, 13:48

Cenk Sümer: "Hədəfimiz mövsümün sonunda çempion olmaqdır"

Futbol
Bu gün, 13:30

Niko Pas Mourinyoya zəng edərək "Real"a yalnız ehtiyat üzvü kimi qayıtmaq istəmədiyini bildirib

Qarabağ FK
Bu gün, 13:28

“Şəfa”‑“Araz‑Naxçıvan” sonuncu yerdən qurtulmağa çalışacaq, “Zirə”‑“Qəbələ” isə “Qarabağa” yaxınlaşmaq üçün mübarizə aparır? - İDMAN.BİZ‑in İCMALI

Voleybol
Bu gün, 13:08

Mateus Arauxo: "Azərbaycan çempionatı hər il inkişaf edir və daha maraqlı olub"

Gimnastika
Bu gün, 13:06

Azərbaycan gimnastı Tofiq Əliyev tumblinq üzrə dünya çempionatında gümüş medal qazanıb

Futbol
Bu gün, 12:50

İspaniya 2030-cu il Dünya Çempionatının finalı Mərkirdə keçirilərsə turnirdən imtina edəcək

Futbol
Bu gün, 12:48

Latsio Neapolda Çətin Sınaqla, Inter Komo ilə Mübarizədə

Basketbol
Bu gün, 12:35

Sabah basketbol klubu oyunçusu Mayk Ertel ilə müqaviləni bağlamış

Futbol
Bu gün, 12:30

FİFA prezidenti İnfantino yenidən seçilmək üçün Dünya çempionatının formatını dəyişdirmə planlarından vaz keçə bilər

Futbol
Bu gün, 12:28

Fransa Liqa 1-in 10-cu turu: PSJ-nin liderliyi, "Havr"dakı məşqçi krizi və zirvə komandalarının qarşıları

Futbol
Bu gün, 12:08

İraola: Futbolçular yıxılmağı məsləhət edir, hakimlər qaydanı qeydə alır

Futbol
Bu gün, 12:00

Bəxtiyar Musayev: Ayxan Abbasovun gəncləri milliyə dəvət etməsini alqışlayır

Futbol
Bu gün, 11:59

Prezident İlham Əliyev Xankəndi Şəhər Stadionunun yenidənqurulmuş açılışında iştirak edib

Voleybol
Bu gün, 11:48

Misirli voleybolçu Mariam Metvalli: Azərbaycanlılarla oxşarlıq var, burada evim kimi hiss edirəm

Futbol
Bu gün, 11:30

PSJ‑nin 12 nailiyyəti və 7 komanda rekordu Guinness Rekordlar Kitabına daxil edildi

Basketbol
Bu gün, 11:02

NTD basketbol klubu Hüseyn Məmmədovu mövsüm sonuna qədər müqavilə ilə transfer etdi

Qarabağ FK
Bu gün, 11:00

Musa Qurbanlı "Qarabağ"ın son 4 oyundakı xal itkisi: "Bu, daha çox məşqçilərimizin təhlil etməli olduğu məsələdir"

Cüdo
Bu gün, 10:48

Marneulidə azərbaycanlı yeniyetmə idmançılar Zəfər Gününə həsr olunmuş qarışıq döyüş növləri turnirinə hazırlaşırlar

Gimnastika
Bu gün, 10:38

Selcan Mahsudova dünya çempionatında fərdi proqramın finalına vəsiqə qazanıb

Futbol
Bu gün, 10:30

DAZN-da Qadınlar Super Liqası iki oyunu canlı yayımlanacaq

Futbol
Bu gün, 10:30

Bundesliqada məğlub olmayan iki lider və rekord yarışı

Qarabağ FK
Bu gün, 10:23

Zirə – Qəbələ: 7 noyabr 18:30, Premyer Liqası 11. tur

Futbol
Bu gün, 10:15

Amed, Galatasarayın taxtını qorumağa çalışır, Manchester City təzyiq altında

Oxşar xəbərlər