top
Riz Ceyms: Bakıda qələbəni əldən verməyimizə görə özümüz günahkarıq Idman.biz
06 noyabr 2025, 12:18
- ↺ +

Riz Ceyms: "Bakıda qələbəni əldən verməyimizə görə özümüz günahkarıq"

Londonun "Çelsi" klubunun kapitanı Riz Ceyms Bakıda "Qarabağ"a qarşı keçirilən (2:2) Çempionlar Liqası oyunundan sonra komandasının qələbəni öz səhvləri üzündən əldən verdiyini etiraf edib.

İdman.Biz xəbər verir ki, müdafiəçinin sözlərinə görə, londonlular oyuna çempion səviyyəsində başlasa da, buraxılan səhvlər görüşün nəticəsini müəyyənləşdirib:

"Bəli, bu, məyusedicidir. Bakıya gələndə, əlbəttə, qələbə qazanmaq istəyirdik. Oyuna çox yaxşı başladıq, hesabda önə keçdik və buna görə də qələbəni əldən vermək çox üzücüdür. Qapımıza buraxdığımız qollar bizim baxımımızdan uğursuz idi. Biz penalti verdik, digər qolu isə demək olar ki, özümüz hədiyyə etdik", - klubun saytına açıqlamasında Ceyms bildirib.

Kapitan vurğulayıb ki, "Çelsi" oyunun həlledici epizodlarına düzgün reaksiya göstərə bilməyib:

"Biz bəzi vəziyyətlərə kifayət qədər yaxşı uyğunlaşa bilmədik, qapımıza buraxdığımız qollar isə öz səhlənkarlığımızın nəticəsi idi. Komanda olaraq bu sahədə mütləq irəliləyiş əldə etməliyik".

Riz Ceyms əmindir ki, oyunun son dəqiqələri komandaya qələbə gətirə bilərdi:

"Matçı qazanmaq üçün imkanlarımız var idi, amma onlardan istifadə edə bilmədik. Buna görə də bütün günah yalnız öz üzərimizdədir. Üç xal qazana bilməməyimizə görə başqasını deyil, məhz özümüzü qınamalıyıq".

Kapitan xüsusilə oyunun hesabını açan gənc braziliyalı futbolçu Estevaonu fərqləndirib:

"Estevao inanılmaz futbolçudur, gələcək bütünlüklə onun qarşısındadır. O, hələ çox gəncdir və bizim məsuliyyətimiz ondadır ki, onu yerə endirək, qoruyub inkişafına nəzarət edək ki, sağlamlığını itirməsin. Onun hələ böyük inkişaf yolu var, amma biz onun oyunundan və komandamızda olmasından çox məmnunuq", – deyə R. Ceyms əlavə edib.

Xatırladaq ki, Çempionlar Liqasının turnir cədvəlində "Qarabağ" və "Çelsi"nin hər birinin aktivində yeddi xal var. Ağdam klubu hazırda 12-ci, londonlular isə 15-ci pillədə qərarlaşıblar. "Qarabağ" növbəti oyununu noyabrın 25-də səfərdə İtaliya çempionu "Napoli"yə qarşı keçirəcək.

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Dünən, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Dünən, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Dünən, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Dünən, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Dünən, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Dünən, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Dünən, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Dünən, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Cüdo
Dünən, 21:56

Yeni Cüdo Kəmər Sınağı 5-6 Noyabr Baku Olimpiya Kompleksində

Digər
Dünən, 21:55

Azərbaycan karateçiləri Sofiyada Avropa çempionu oldu, çoxsaylı medallar qazanıldı

Futbol
Dünən, 21:39

Seneqal Millisinin Ex-Footballçusu Demba Ba Havr İdman Direktoru Vəzifəsindən Ayrıldı

Futbol
Dünən, 21:29

Fabio Kannavaro, Özbəkistan milli komandasının məşqçisi vəzifəsindən ayrılma ehtimalı

Oxşar xəbərlər