İngiltərənin "Tottenhem" klubunun futbolçusu Rişarlison karyerasını Braziliyada davam etdirə bilər.
"Report" "Goal.com"a istinadən xəbər verir ki, "Flamenqo" 28 yaşlı hücumçu ilə maraqlanır.
Forvard DÇ-2026-da Braziliya millisinin heyətində yer almaq üçün bu keçidə müsbət yanaşır.
"Flamenqo" Pedronun tez-tez zədələnməsi, Juninyonun qeyri-stabil çıxış etməsi ilə əlaqədar yeni hücumçu axtarır
Qeyd edək ki, Rişarlisonun London klubu ilə 2027-ci ilin yayınadək müqaviləsi var. O, komandada keçirdiyi 104 matçda 23 qol vurub.