"Çelsi"nin futbolçusu Ris Ceyms yenidən zədələnib.
İdman.biz xəbər verir ki, bunu İngiltərə klubunun baş məşqçisi Entso Mareska açıqlayıb.
Mütəxəssis bildirib ki, müdafiəçi zədə üzündən qarşıdakı oyunu buraxacaq: "Təəssüf ki, Ris özündə kiçik narahatçılıq hiss etdi. Biz bu oyunda risk etmək istəmirik. Ümid edirəm ki, Ris tezliklə heyətə qayıdacaq".
Qeyd edək ki, "Çelsi" Premyer Liqanın qarşıdakı turunda "Lester"in qonağı olacaq. Matç noyabrın 23-də baş tutacaq.
İdman.biz