top
Rikardu Fernandeş Neftçi ilə oyunda həlledici qurtarışından və penalti epizodundan danışıb Idman.biz
17 avqust 2025, 17:03
- ↺ +

Rikardu Fernandeş "Neftçi" ilə oyunda həlledici qurtarışından və penalti epizodundan danışıb

"Çətin oyun oldu. Burada oynamaq həmişə çox ağırdır".

İdman.biz xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında "Şamaxı"nın qapıçısı Rikardu Fernandeş səfərdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının I tur qarşılaşmasından sonra deyib.

Portuqaliyalı qolkiper matçın çətin keçdiyini bildirib: Onların bu mövsüm güclü komandası var və çox yaxşı futbol nümayiş etdirirlər. "Şamaxı" isə böyük əzmkarlıq və xarakter göstərdi, bu da yaxşı nəticələr gətirə bilər".

O, 45+2-ci dəqiqədə "Neftçi"nin kapitanı Emin Mahmudovun yerinə yetirdiyi penalti zərbəsini dəf edə bilmədiyi epizoda toxunub: "Keçən mövsüm elə bu stadionda Emin penaltini sol tərəfə vurmuşdu və topu çıxarmağa çox yaxın idim. Bu mövsüm yenə eyni tərəfə vuracağını düşündüm, amma o, istiqaməti dəyişdi. Emini təbrik edirəm".

31 yaşlı qolkiper 90+4-cü dəqiqədə təhlükəli zərbəni dəf etməsi ilə yadda qalıb. "Şamaxı"nın qapıçısı həmin epizodu həlledici an kimi dəyərləndirib: "Belə xırda detallar oyunun taleyini dəyişə bilər".

Fernandeş komandasındakı rolundan da söz açıb: "Mən sadəcə, klubuma kömək etmək üçün öz işimi görməyə çalışıram. Bu barədə çox danışmağa ehtiyac yoxdur. Məqsədim meydanda hər kəs kimi komandaya fayda verməkdir. Bu gün bütün futbolçular mübarizə apardı və komandaya mümkün qədər yaxşı şəkildə kömək etməyə çalışdılar".

Qeyd edək ki, Rikardu Fernandeş aprelin 4-də "Şamaxı" ilə müqaviləsini 2027-ci ilin iyununadək uzadıb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Boks
Bu gün, 08:35

Gülər Hüseynova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının 1/4 finalında Panama boksçusuyla üz-üzə gələcək

Futbol
Bu gün, 08:20

Bayern prezidenti Uli Hönes: Musialanın xəstəliyi tam sağala bilməyəcək

Futbol
Bu gün, 08:00

Sassuolo baş məşqçisi Alberto Aquilani vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Oxşar xəbərlər