top
Rikardo Fernandes: Səhvlər bizi inkişaf etdirir, əsas səhvə necə reaksiya verməkdir Idman.biz
05 yanvar 2026, 02:40
- ↺ +

Rikardo Fernandes: Səhvlər bizi inkişaf etdirir, əsas səhvə necə reaksiya verməkdir

İdman.Biz xəbər verir ki, "Şamaxı"nın portuqaliyalı qapıçısı Rikardo Fernandesin futbolinfo.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- Fasilə müddətində yaxşı istirahət edə, yorğunluğu üzərinizdən ata bildiniz? Mövsümün ikinci yarısı üçün hazırlıq prosesinə tam hazırsınız?

- Bu fasilənin olması yaxşıdır - ailə ilə vaxt keçirmək və həm fiziki, həm də zehni olaraq enerjini bərpa etmək üçün əla fürsətdir. Mövsümün birinci yarısını müsbət keçirdik və ikinci yarını daha böyük ambisiya ilə davam etdirmək istəyirik.

- "Şamaxı" mövsümün ikinci yarısına Bakıda hazırlaşacaq. Ölkə xaricində toplanış keçməmək sizə problemlər yarada bilər?

- Bakı şəhəri çempionata hazırlaşmaq üçün bütün şəraitə malikdir. Evə yaxın olmaq, güclənmək istəyirik və geri qayıtmağı səbirsizliklə gözləyirik.

- "Şamaxı"nın çempionatın ilk yarısında topladığı xal və turnir cədvəlində qərarlaşdığı pillə sizi tam qane edir?

- Biz həmişə daha çoxunu istəyirik, bütün oyunlarda rəqiblərlə sonadək mübarizə aparırıq. Qəbul etməsi çətin olan bəzi ağır məğlubiyyətlərimiz oldu. Amma hər zaman toparlanmağı bacardıq. Ümumi götürsək, birinci yarı yaxşı keçdi. Lakin biz daha iddialıyıq.

- Liqanın ikinci hissəsində hədəf nə olacaq: hazırkı mövqeyinizdə qalmaq, yoxsa turnir cədvəlində bir qədər də yuxarı qalxmaq?

- Oyundan-oyuna mübarizə apararaq, məşqdən-məşqə çalışaraq olduğumuz xətt üzrə davam etmək istəyirik. Hər bir xal uğrunda mübarizə aparmaq fikrindəyik. Xallar mövsümün sonunda hesablanır. Təvazökar və zəhmətkeş olmalı, işə düzgün münasibət göstərməliyik.

- Hazırda sizə Azərbaycanın digər klublarından və ya başqa ölkələrin komandalarından təkliflər gəlirmi? Gələcək planlarınız nədən ibarətdir?

- Mənim "Şamaxı" ilə müqaviləm var, burada özümü yaxşı hiss edirəm. Odur ki, transfer bazarı haqqında düşünmürəm.

- Çempionatın ilk yarısında buraxdığınız hansı fərdi səhvi özünüzə bağışlamırsınız?

- Komandaya kömək etdiyim üçün xoşbəxtəm və əsas məqsədim də budur. Hamımız səhv edirik, mən onlara fokuslanmıram. Düzdür, səhvləri qəbul etmək çətindir, amma məhz səhvlər bizi inkişaf etdirir. Futbol həm də səhvlər üzərində qurulan idman növüdür. Əsas məsələ hansı səhvi etmək deyil, səhvə necə reaksiya verməkdir.

- Hazırda Azərbaycan Premyer Liqasında çıxış edən ən güclü qapıçılardan hesab olunursunuz. Maraqlıdır, liqamızda çıxış edən digər qolkiperlərdən kimləri bəyənirsiniz?

- Hər biri əla qapıçıdır. Liqa qapıçıların səviyyəsi baxımdan çox yaxşı səviyyədədir. Demək olar ki, bütün oyunlara baxıram və qolkiperlərin həmişə möhtəşəm qurtarışları olur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Bu gün, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Bu gün, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Bu gün, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Bu gün, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Bu gün, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Bu gün, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Bu gün, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Bu gün, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Bu gün, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Bu gün, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Bu gün, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Bu gün, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Bu gün, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Futbol
Bu gün, 20:19

Nenad Vukçeviç Azərbaycan U‑19 komandası 7:2 qələbəsindən sonra ikinci hissədə tempi azaldığını bildirib

Qarabağ FK
Bu gün, 20:01

“Qarabağ” “Kəpəz” qarşılaşması üçün Azərsun Arena’da məşq başladı – FOTO/VİDEO

Futbol
Bu gün, 19:48

Bastian Assomo 21 dəqiqədə dörd qol vurdu

Futbol
Bu gün, 19:37

"Neftçi" 4 günlük istirahətdən sonra məşqlərə başladı və növbəti matçına hazırlaşır

Futbol
Bu gün, 19:31

Teddi Şerinqem “Mançester Yunayted”in baş məşqçisi Maykl Karrikinə tənqid etdi: Komanda nə edəcəyini bilmir

Futbol
Bu gün, 18:56

Bernaldan “Real Madrid”ə mesaj: “Avropanın ən yaxşı komandası Barcelona‑dır”

Futbol
Bu gün, 18:41

Ayxan Abbasovun Lixtenşteyn və Andorra oyunlarına hazırlıqda mətbuat konfranslarının vaxtı müəyyənləşdi

Futbol
Bu gün, 18:31

Kilian Mbappe, Fransa milli komandası İtaliya ilə qarşılaşmasını atlayacaq

Futbol
Bu gün, 18:28

Rəhim Həsənov 11-ci tur epizodlarına şərh verdi

Futbol
Bu gün, 18:26

Kerem Aktürkoğlu mövsüm sonunda Fənərbaxçadan ayrılaraq Avropaya qayıtmağı planlayır

Oxşar xəbərlər