"Bu gün gərgin oyun keçdi. Qol imkanlarımız çox olsa da, yalnız birini reallaşdıra bildik. Rəqib də yetəri qədər təhlükəli komanda idi. Onlar bizə rahat oynamağa imkan vermədi. Düşünürəm ki, "Sumqayıt"la qarşılaşmada əsas məqsədə çataraq vacib 3 xal qazandıq".
Bu sözləri Sport24.az-a açıqlamasında "Şamaxı"nın qapıçısı Rikardo Fernandes deyib.
Qolkiper Premyer Liqada gedən mübarizə və öz performansı barədə də fikirlərini bölüşüb: "Performansım və bugünkü çıxışım barədə nəsə deməyim düz çıxmaz, bu barədə məşqçilərimiz fikir bildirsə daha yaxşı olar. Çempionata gəlincə, Premyer Liqanın özünəxas xüsusiyyətləri var. Belə ki, sizdə komandalar bir-biri ilə tez-tez qarşılaşır və bu səbəbdən rəqibi təhlil etmək asandı. Ümumi götürəndə isə çempionatda rəqabət, əzmkarlıq var, hər bir klub meydana xal götürmək üçün çıxır".
Qeyd edək ki, "Şamaxı" dünən "doğma divarlar" arasında "Sumqayıt"ı minimal hesabla məğlub edib - 1:0
Polad Azər