top
Rikardo Fernandes: Heç bir futbolçu klubdan vacib deyil, həmişə daha önəmli olan klubdur Idman.biz
28 iyul 2025, 10:38
- ↺ +

Rikardo Fernandes: Heç bir futbolçu klubdan vacib deyil, həmişə daha önəmli olan klubdur

"Şamaxı"nın portuqaliyalı qapıçısı Rikardo Fernandesin futbolinfo.az saytına müsahibəsi

– Yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama oyununda "Kəpəz"ə 6:1 hesabı ilə qalib gəldiniz. Matç haqda nə deyə bilərsiniz? Belə rahat qələbə gözləyirdiniz?

– Bu, bir hazırlıq oyunu idi. Bildiyiniz kimi, hazırlıq matçlarında nəticə o qədər də önəm daşımır. Bu anda ən vacib məqam komandanın rutindən çıxmaması, rəqabət səviyyəsini artırmasıdır.

– Çempionatın başlanmasına 20 gündən az vaxt qalıb. Komandanız indiki məqamda yeni mövsümə neçə faiz hazırdır? Mövsümün startına qədər tam hazır vəziyyətə gələ biləcəksiniz?

– Hədəflər qoymaq üçün hələ tezdir. Keçən mövsümdəki kimi yanaşacağıq – məşqdən-məşqə, oyundan-oyuna. Ən yaxşı nəticələrə nail olmaq üçün maksimum səviyyədə çalışacağıq.

– "Şamaxı"nın heyətində bu yay çoxlu dəyişiklik baş verib. Yeni transferlər haqda fikriniz necədir? Heyətdəki bu qədər dəyişiklik "Şamaxı"nın performansına necə təsir edəcək?

– Komandaya yeni qoşulan hər kəs kömək etmək mentaliteti ilə gəlib. Elə biz də klubun hədəflərinə çatmasına yardımçı olmaq istəyirik.

– "Şamaxı"dan ayrılan futbolçulardan ən çox kimin gedişinə üzüldünüz?

– Futbol belədir – oyunçular bir klubdan digərinə keçirlər. Amma heç bir futbolçu klubdan vacib deyil. Həmişə daha önəmli olan klubdur.

– Yeni mövsüm 12 komandanın iştirakı ilə keçiriləcək. "Şamaxı"nın hədəfi nə olacaq? Komandanızın gücü neçənci yerlər uğrunda oynamağa çatar?

– Doğrudur, liqanın rəqabət səviyyəsi artıb. Bizim məqsədimiz kluba maksimum dərəcədə kömək etmək, hər gün peşəkar davranmaq, yəni bütün məşqlərə və oyunlara peşəkar yanaşmaqdır.

– Hazırda Azərbaycan Premyer Liqasında çıxış edən ən güclü qapıçılardan hesab edilirsiniz. Bəs siz çempionatımızda oynayan qolkiperlərdən kimi bəyənirsiniz?

– Mən Azərbaycanda oynayan bütün qapıçıları bəyənirəm. Liqada bu mövqedə keyfiyyət yüksək səviyyədədir. Düşünürəm ki, bütün komandalar güclü və etibarlı qapıçıya sahibdirlər.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 17:31

Asiya Kuboku təhlükədə: Yaponiya Səudiyyə Ərəbistanına qarşı çıxdı

Digər
Bu gün, 17:27

Azərbaycan idmançısı Avropa çempionatında gümüş medal qazanıb

Digər
Bu gün, 17:23

ABŞ nəşri azərbaycanlı gimnastı fərqləndirdi: Simonova DÇ-nin finalına yüksəlmək üçün 0,133 xal çatmadı

Digər
Bu gün, 17:20

PSJ Xviça Kvaratsxeliyanı əvəz edə biləcək futbolçu axtarışına çıxıb

Digər
Bu gün, 17:16

“Bavariya” Harri Keynin “Qızıl top”u qazanması üçün Asiyaya ümid edir

Digər
Bu gün, 17:01

Felipe Santosun transfer iddialarına aydınlıq gətirildi - “Qəbələ”dən İdman.Biz-ə AÇIQLAMA

Digər
Bu gün, 17:00

Kamran Quliyev: “Məncə, 6 xallıq oyun idi"

Digər
Bu gün, 16:47

Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə görüş keçirilib - FOTO

Digər
Bu gün, 16:40

Superkompüter ÇL-in favoritinin adını açıqladı

Digər
Bu gün, 16:31

Zirvə uğrunda beşli mübarizə: PSJ və “Lion” liderlik, “Monako” revanş axtarışında - İDMAN.BİZ-in İCMALI

Digər
Bu gün, 16:22

Kişi voleybolçular arasında Azərbaycan Super Liqasında yeni mövsüm başlayır

Futbol
Bu gün, 16:16

“Zirə”nin qapıçısı Aydın Bayramov: “Komandamızın potensialı birinci üçlükdə də mübarizə aparmağa imkan verir”

Futbol
Bu gün, 16:01

Ditmar Hamann: Bakıdakı Sabah qələbəsi Borussiya üçün psixoloji və çempionlar liqası baxımından vacibdir

Digər
Bu gün, 16:00

“Sabah”ın oyunu “Fənərbaxça”, “Qalatasaray” və “Mançester Siti”ni geridə qoydu

Futbol
Bu gün, 15:46

“Qalatasaray” – “Fənərbağça” derbisi və “Amedspor”un liderlik mübarizəsi

Futbol
Bu gün, 15:31

Lüksemburq U‑16 yığması Bakıda ilk FIFA Dünya Çempionatı və Festivalına çıxacaq

Güləş
Bu gün, 15:29

Nenad Laloviç yenidən UWW prezidentliyi vəzifəsini tutdu

Şahmat
Bu gün, 15:25

11 yaşlı şahmatçı Bodhana Şivanandan Avropa Klublar Kubokunda Yudit Polqarın 38 illik rekordunu qırmağa yaxındır

Futbol
Bu gün, 15:18

Genduzi UEFA Çempionlar Liqasında Yaxşı Olmayan Səhv Üzrə Üzr İstəyib

Futbol
Bu gün, 15:16

Arsenal, Aleks Baenanı heyətinə qatmaq istəyir

Digər
Bu gün, 15:03

Həvəskarlıqla böyük idman arasında: Azərbaycanda qayayadırmanma necə inkişaf edir? - İDMAN.BİZ-in REPORTAJI - FOTO

Digər
Bu gün, 14:59

Türkiyənin 4 nəhəng klubu cərimələnib

Digər
Bu gün, 14:50

Kanaki və Maohi Nui komandaları Bakıda

Qarabağ FK
Bu gün, 14:48

“Sabah” – “Qarabağ”: Mərdəkanın yeni “Sabah Arena”da köhnə rəqabət və liderlik mübarizəsi – İDMAN.BİZ-in İCMALI

Oxşar xəbərlər