top
Rikardo Fernandeş: Adımın Azərbaycan millisi ilə hallanmasına şadam - MÜSAHİBƏ Idman.biz
26 noyabr 2025, 14:33
- ↺ +

Rikardo Fernandeş: "Adımın Azərbaycan millisi ilə hallanmasına şadam" - MÜSAHİBƏ

"Daxildən dəqiq müəyyən edilmiş məqsədlərimiz var. Məqsədimiz bütün oyunlarda mümkün olan ən yaxşı nəticəni əldə etməyə çalışmaqdır".

Bunu "Şamaxı"nın qapıçısı Rikardo Fernandeş sportal.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Komandanız XII turda "Sabah"la 0:0 oynadı. "Sabah" liqanın iddialı klublarındandır, amma onlardan bir xal almağı bacardınız. Bir xal sizi razı saldı?

- "Sabah"ın evində oynamaq həmişə çətin səfərə çevrilir. Biz həmişə mümkün olan ən yaxşı nəticə üçün çalışırıq və mübarizə aparırıq. Bütün xallar bizim üçün vacibdir.

- "Şamaxı" hazırda turnir cədvəlində 14 xalla 9-cu pillədədir. "Neftçi"dən cəmi bir xal geridəsiniz. "Şamaxı"nın potensialı nəyə imkan verir? Avrokuboklar uğrunda mübarizəyə qoşula bilərsiniz?

- Daxildən dəqiq müəyyən edilmiş məqsədlərimiz var. Məqsədimiz bütün oyunlarda mümkün olan ən yaxşı nəticəni əldə etməyə çalışmaqdır. Oyundan-oyuna, məşqdən-məşqə bunun üçün can atırıq. Təbii ki, daha çox iş görərək və təvazökarlıqla bunu reallaşdırmaq olar.

- "Şamaxı" növbəti turda "Sumqayıt"la qarşılaşacaq. "Sumqayıt" bu mövsüm daha iddialıdır. Sizcə, "Şamaxı" rəqibini məğlub edə bilər? Yoxsa, bir xal da sizin üçün yetərlidir?

- Şübhəsiz ki, "Sumqayıt" əla mövsüm keçirir və cəlbedici, hücum futbolu oynayır. Azarkeşlərimizin qarşısında oynayacağıq və onlara sevinc bəxş etmək üçün mübarizə aparacağıq. İş və öhdəlik vəd edə bilərik.

- Mətbuatda yayılan xəbərlərə görə, "Sabah" sizinlə maraqlanır. Maraqlıdır, "Sabah"ın təklifi rəsmi və ciddi olarsa, sizi yeni mövsümdən həmin komandada görə bilərik? Səhv etmirəmsə, yayda onların təklifini qəbul etmədiniz və "Şamaxı"da qalmağa üstünlük verdiniz...

- Mən bu məsələyə şərh vermirəm. Keçmişdən danışmağa dəyməz. mən "Şamaxı"nın futbolçusuyam.

- Ayxan Abbasov milli komandanın mətbuat konfransında ona verilən suala cavab olaraq bildirmişdiki: "Bəlkə elə Rikardo Fernandesi Azərbaycan yığması üçün milliləşdirək?". Maraqlıdır, zamanı gələndə, AFFA təklif göndərsə, millimiz üçün oynamağa razılıq verərsiniz?

- Adımın Azərbaycan millisi ilə hallanmasına şadam. Mən bu ölkədə özümü xoşbəxt hiss edirəm. Amma bu kimi məsələlər daxili və məsul şəxslərlə müzakirə olunmalı məsələlərdir.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 10:00

Qarabağ, Braziliyalı Futbolçu Qustafo Assunção'ya təklif edir – Qalatasaray'da da oynayıb

Futbol
Bu gün, 09:50

2026 Dünya Çempionatı Qətərin 5x Gəlirindən Çox Gəlir Topladı

Futbol
Bu gün, 09:40

Harri Keyn: Cəngavər titulunun verilə biləcəyi barədə şərh edib

Minifutbol
Bu gün, 09:35

"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının V qrupunda Polşanın Piast komandası ilə son oyunu oynayacaq

Cüdo
Bu gün, 09:28

Hidayət Heydərov və iki Azərbaycanlı cüdoçu 'Böyük Dəbilqə' turnirində mübarizəyə başlayır;

Futbol
Bu gün, 09:20

Trent Alexander-Arnold Liverpoolə qayıda bilər

Futbol
Bu gün, 09:08

Luis Enrike, Barcelona‑dan Gavi‑ni PSJ‑ə gətirmək istəyir

Futbol
Bu gün, 08:40

FİFA 2026 Dünya Çempionatından rekord 5 milyard dollar gəlir əldə etdi

Futbol
Bu gün, 08:20

La Liqada Oktyabr ayının məşqçisi mükafatına namizədlər açıqlanıb

Futbol
Bu gün, 08:13

Mançester Yunayted məşqçisi Maykl Karrik Bruno Fernandeni kapitan olaraq saxlayacağını bildirdi

Futbol
Bu gün, 08:00

İnтер və Milan Generali Stadium layihəsini ictimaiyyətə təqdim etdi

Futbol
Bu gün, 07:16

Barcelona, PSG və İngiltərə nəhəngləri Qalatasarayın yarımmüdafiəçisi Aleksey Batrakov üçün rəqabət aparır

Futbol
Bu gün, 06:18

“Yuventus”da baş məşqçi vəzifəsi üçün Deşam namizədlər arasındadır

Futbol
Bu gün, 05:07

Everton Cek Qrilişi intizam pozduğu üçün heyətdən çıxardı

Futbol
Bu gün, 04:57

Manchester United baş məşqçisi: Zəmanətə ehtiyacım yoxdur, məsuliyyəti tam başa düşürəm;

Futbol
Bu gün, 04:15

Çelsi 100 milyonluq transferdən imtina edib, Barselona’nın ulduzunu almaq məsləhət görüldü

Futbol
Bu gün, 03:14

Messi 2027-ci ildə Newell's Old Boysa qayıtmaq üçün transfer vaxtını müəyyən etdi

Futbol
Bu gün, 01:55

“Fiorentina” və “Atalanta” 2:2 hesablı heç‑heçə, “Frozinone” 5:1 qalibiyyətlə cədvəl zirvəsinə yaxınlaşıb

Futbol
Bu gün, 01:42

Everton, 3-1-ə Nyukasl'ı məğlub edərək Liqa Kubokunun 1/4 finalına yüksəldi

Futbol
Bu gün, 01:30

Lotar Matteus Borussiya müdafiəçilərini tərifləyib və Joan Qadunu Upamekano ilə müqayisə etdi

Şahmat
Bu gün, 01:06

KazChess Masters turnirində reytinq favoriti Məhəmməd Muradlı ilk iki turda məğlubiyyətlərlə təəccübləndirir

Futbol
Bu gün, 00:56

Ançelotti Braziliya milli futbol heyətini açıqladı, Vinisius Junior və Endrik dəvət aldı

Şahmat
Bu gün, 00:37

İstanbul 2026‑da Şahmat Rapid və Blits Dünya Çempionatına Ev Sahibliyi Edəcək

Cüdo
Bu gün, 00:23

UFC Vegas 124 əsas döyüşü dəyişdi: Şon Bredi zədələnib, yerini Qabriel Bonfim alacaq

Oxşar xəbərlər