top
Rikardo Apolinario: Kəpəzi autsayder kimi görmürəm, yaxşı komandadır - MÜSAHİBƏ Idman.biz
07 oktyabr 2025, 16:09
- ↺ +

Rikardo Apolinario: "Kəpəzi autsayder kimi görmürəm, yaxşı komandadır" - MÜSAHİBƏ

"Əgər eyni fədakarlıq və keyfiyyətlə oynasaq, qələbə qazanmaq üçün yaxşı şansımız var".

Bunu "Şamaxı"nın portuqaliyalı yarımmüdafiəçisi Rikardo Apolinario futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– Son oyunda "Qəbələ"yə qalib gəldiniz. Oyun haqda fikirləriniz necədir?

– Artıq əvvəlcədən bilirdik ki, çətin oyun olacaq. "Qəbələ" topa nəzarət etməyi sevir və çox yaxşı dinamika nümayiş etdirir. Oyuna çox yaxşı başladıq və birinci hissəni daha böyük hesabla başa vura bilərdik. İkinci hissədə, gözlənildiyi kimi, "Qəbələ" daha çox pressinq etməyə başladı və oyunu çevirməyə çalışdı. Keçidlərdə oyunu "bağlamaq" üçün imkanlarımız oldu, amma onlardan istifadə edə bilmədik. Ümumilikdə 90 dəqiqə ərzində qələbənin ədalətli olduğunu düşünürəm.

– Oyun öncəsi 3 xal gözləyirdinizmi?

– Əlbəttə. Biz çox intensiv və rəqabətcil komandayıq və həmişə 3 xal uğrunda mübarizə aparacağıq.

– Komanda çempionata 9 xalla başlayıb. Bunu yaxşı sayırsız?

– Düşünürəm ki, düzgün yoldayıq, amma bilirəm ki, bu komanda daha çoxunu etməyə qadirdir. Bəzi oyunlarda xallar toplaya bilmədik, halbuki buna çox yaxın idik. Amma bu, artıq keçmişdə qaldı, indi qarşıdakı oyunlara fokuslanıb çalışmaq lazımdır.

– Penaltidən qol vurdunuz…

– Bu penalti qolu idi və çox iş gördüyümü düşünmürəm. Amma ən vacibi odur ki, bu qol komandaya xal qazandırdı və ümid edirəm ki, daha çox qolla komandanın uğuruna töhfə verəcəm.

– Növbəti oyun "Kəpəz"ə qarşı olacaq. Onlar autsayderdirlər. Bu oyundan gözləntiniz necədir?

– Mən onları autsayder kimi görmürəm, çünki yaxşı komandaları var. Sadəcə hədəfləri üçün hələlik istədikləri xalları qazana bilməyiblər. Düşünürəm ki, bu, bizim üçün çox vacib oyun olacaq. Əgər eyni fədakarlıq və keyfiyyətlə oynasaq, qələbə qazanmaq üçün yaxşı şansımız var.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Oxşar xəbərlər