top
Riçard Almeyda: Mən burada Qarabağ üçün futbolçulara nəzarət edirəm Idman.biz
29 aprel 2025, 19:20
- +

Riçard Almeyda: "Mən burada "Qarabağ" üçün futbolçulara nəzarət edirəm"

Azərbaycan yığması və "Qarabağ"ın keçmiş yarımmüdafiəçisi Riçard Almeyda Braziliya mətbuatına müsahibə verib.

İdman.biz xəbər verir ki, 36 yaşlı futbolçu ölkəmizdə keçirdiyi günləri xatırlayıb.

"Primavera"da çıxış edən Almeyda özünü yarı azərbaycanlı hiss etdiyini deyib. Bundan başqa, o Braziliyada "Qarabağ" üçün oyunçular axtardığını bildirib: "Burada "Qarabağ" üçün futbolçulara baxıram. Bu, çox önəmlidir. Onların inkişafı üçün kömək etmək istəyirəm. Klub mənə bu imkanı yaradıb və bəyəndiyim oyunçuların adlarını təhlil üçün onlara göndərirəm. Əgər bəyəndikləri futbolçular varsa, bu zaman mən işə qoşuluram. Oyunçularla əlaqə saxlayıb onların agenti varmı, transfer qiyməti və digər sullarla maraqlanıram. "Qarabağ" artıq braziliyalılara öyrəşib".

Riçard Juninyonun "Qarabağ"dakı karyerası və onun "Flamenqo"ya keçidinə də münasibət bildirib: "Flamenqo"ya keçməzdən əvvəl "Sevilya" Juninyo ilə yaxından maraqlanırdı. Bir dəfə oteldə olanda, o, ispanlarla ciddi danışıqlar aparırdı. Sonra Luis Felipedən zəng gəldi. "Flamenqo"nun məşqçisi Juninyonun İsveçdəki oyununu bəyənib, onu komandada görmək istədiyini bildirdi. Yollarımız ayrılsa da, onunla demək olar ki, hər gün danışırıq".

Təcrübəli futbolçu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Azərbaycan vətəndaşlığı almasında ona kömək olduğunu vurğulayıb: "Azərbaycan mənə bir çox məsələlərdə kömək olub. Söhbət yalnız futboldan getmir. Azərbaycanlılar çox humanist insanlardırlar, başqalarına hörmət edir və dəstək olurlar. Oradakı karyeram mənim üçün əla həyat dərsi olub. "Qarabağ"da yaşananlar əla idi, mən orada çox şey öyəndim".

Qeyd edək ki, Almeyda 2012-2018-ci və 2021-2025-ci illərdə "Qarabağ"ın şərəfini qoruyub. O, 8 dəfə Azərbaycan çempionu titulunu qazanıb.

İdman.biz

İş Elanları
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:37

İspaniya 6 illik titul gözləntisinə son qoydu

Futbol
Bu gün, 01:11

"Çelsi"dən nadir uğur

Futbol
Bu gün, 01:04

Konfrans Liqasında "Çelsi" qalib gəldi

Futbol
Bu gün, 01:03

"Çelsi" Konfrans Liqasının çempionu oldu

Futbol
Bu gün, 00:29

Konfrans Liqası: "Çelsi" hesabı bərabərləşdirdi - YENİLƏNİR - VİDEO

Futbol
Bu gün, 00:16

"Pippo" "Piza"nı tərk edə bilər

Minifutbol
Dünən, 23:59

Mini futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin bütün iştirakçıları bəlli oldu

Futbol
Dünən, 23:50

Konfrans Liqası: "Betis" fasiləyə öndə gedir - YENİLƏNİR - VİDEO

Güləş
Dünən, 23:46

Azərbaycan çimərlik güləşi üzrə Avropa çempionatında 2 qızıl və 1 bürünc medal əldə edib

Şahmat
Dünən, 23:32

Məhəmməd Muradlıdan növbəti qələbə

Futbol
Dünən, 23:30

Milli komandamız Belarus ilə oyuna hazırlaşır

Minifutbol
Dünən, 23:11

Dünya çempionatının 1/4 final mərhələsindəki oyun cütlüklərindən biri Azərbaycan milli komandasının İngiltərə ilə qarşılaşmasıdır

Futbol
Dünən, 23:10

Konfrans Liqası: "Betis"dən tezbazar qol - AKTUALIZASİYA OLUNUR

Minifutbol
Dünən, 23:04

Mini futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin bütün oyunları bəlli olub

Minifutbol
Dünən, 22:59

Dünya çempionatında Serbiya komandası 1/4 final mərhələsinə yüksəlib

Minifutbol
Dünən, 22:57

Dünya çempionatı: Serbiya və Çexiya 1/4 finaldadır - YENİLƏNİB

Olimpiada
Dünən, 22:16

Beynəlxalq Konkisürmə İttifaqı Veronika Jilinaya aid məsələni nəzərdən keçirəcək

Futbol
Dünən, 22:09

"Traktor" komandası baş məşqçi məsələsində qərar qəbul etdi

Minifutbol
Dünən, 22:07

Monteneqro millisinin futbolçusu: "Milli Gimnastika Arenası indiyədək çıxış etdiyim ən gözəl arenadır"

Minifutbol
Dünən, 22:00

Dünya çempionatı: Bosniya və Herseqovina və Çexiya dörddəbir finalda - YENİLƏNİR

Futbol
Dünən, 21:54

Alleqrinin seçimi: "Milan", yoxsa "Napoli"?

Minifutbol
Dünən, 21:26

Minifutbol üzrə dünya çempionatında Çexiya İsrail üzərində qələbə qazanıb

Futbol
Dünən, 21:25

Premyer Liqa klublarına 100 milyon avro tələb irəli sürülür

Futbol
Dünən, 21:18

Təbriz klubu baş məşqçisi ilə müqaviləsinin müddətini artırıb

Oxşar xəbərlər