top
Riçard Almeyda: “Heç vaxt millidə onun belə oynadığını görməmişdim” İdman.biz
19 noyabr 2024, 17:36
- ↺ +

Riçard Almeyda: “Heç vaxt millidə onun belə oynadığını görməmişdim”

"İsveç millisinin hər mövqedə çox keyfiyyətli oyunçuları var".

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Riçard Almeyda deyib.

"Qarabağ"ın yarımmüdafiəçi bu gün Millətlər Liqasında səfərdə İsveçin qonağı olacaq yığmamızın şanslarını dəyərləndirib. O bildirib ki, bu oyunda yaxşı nəticə qazanacağımıza inanır: "Səfərdən müsbət nəticə ilə qayıtmaq olar. Bunu deməyə millinin son göstərdiyi oyunlar əsas verir. Nəticə olmasa da, komanda oyununda irəliləyiş hiss edilir. Yığma son matçda yaxşı performans göstərdi. Ozan Can Kökçünü xüsusi qeyd edərdim. Heç vaxt millidə onun belə oynadığını görməmişdim. Eyni zamanda, "Qarabağ"dan gedən futbolçular da özlərini yaxşı tərəfdən göstərdilər. Çox təəssüf ki, Elvin Cəfərquliyevi itirdik. O, karyerasının ən yaxşı dönəmini yaşayır. İstənilən halda, milli komandanın İsveçdən uğurlu nəticə ilə dönəcəyinə ümid edirəm".

Son oyununu AVRO-2023-ün seçmə mərhələsi çərçivəsində məhz İsveçə qarşı (0:5) keçirən milliləşdirilmiş braziliyalı rəqibi nəyin hesabına üstələməyin yollarını da göstərib: "Hesaba baxsaq, başqa şeylər ağıla gəlir. Amma həmin matçda da yaxşı oyun nümayiş etdirmişdik. Görüşün əvvəlində topa sahibolma bizdə idi. Qol vəziyyətlərimiz oldu. Amma onlar hücumlarını qolla yekunlaşdırdılar. İlk qol isə oyunun taleyini həll etdi. İsveç komplektləşmiş komandadır. Son vaxtlar "Sportinq"də yaxşı futbol nümayiş etdirən Viktor Qyököres, "Nyukasl"ın forvardı Aleksandr İsakı qeyd etməliyəm. Mənə elə gəlir ki, milli komanda əks-hücumdan oynasa onları təəccübləndirə bilər. Musa Qurbanlı, Toral Bayramov və Ramil Şeydayev kimi futbolçularımız var. Onlar bunu etməyi bacararlar".

35 yaşlı futbolçu millimizin gələcəkdə daha güclü komanda olacağına da inam ifadə edib: "Baş məşqçi Fernandu Santuş yeni gəlib və futbolçuları tanımağa çalışır. Onları bir-bir yoxlayır. Heç bir şirkət, təşkilat belə bir gün ərzində möhkəmlənmir. Bunun bariz nümunəsi kimi "Qarabağ" futbol klubunu göstərmək olar. Artıq baş məşqçi 14 ildir burdadır. Əvvəl komanda çempion olmurdu, zaman keçdikcə hər şey yerinə oturdu. Milli komandaya da baş məşqçi təzə gəlib və yeni fəlsəfə, yeni düşüncələr və oyun stili var. Buna alışmaq üçün zamana ehtiyac var. Zamanla hər şey yerinə oturacaq. Düşünürəm ki, yeni məşqçi gələcək üçün yaxşı komanda qura biləcək".

Qeyd edək ki, İsveç – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Oxşar xəbərlər