"Sumqayıt" rəhbərliyi klub strukturunda dəyişiklik etməyi lazım bilib. Sport24.az-ın əldə etdiyi məlumata görə, "kimyaçılar"ın prezidenti Riad Rəfiyev klubun skautinq bölməsinin bağlanmasını qərar verib.
Rəfiyevin bu addımı atmağa məcbur edən səbəb isə adını qeyd etdiyimiz bölmənin özünü doğrultmaması olub. Klub prezidenti mövsümlərarası fasilədə düşərgəyə cəlb olunan legionerlərdən narazıdı və bu üzdən skautinq bölməsinin fəaliyyətini səmərəsiz sayıb.
Qeyd edək ki, "gənclik şəhəri"nin təmsilçisi yay transfer dönəmində heyətə 11 legioner cəlb edib. Aktivində 7 xal olan komanda 8 turdan sonra turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.