top
Riad Rəfiyev: Kubok oyununda mərkəz müdafiəçiləri ilə bağlı problem var Sport24.az
01 dekabr 2025, 13:00
- ↺ +

Riad Rəfiyev: Kubok oyununda mərkəz müdafiəçiləri ilə bağlı problem var

"Sumqayıt"ın prezidenti Riad Rəfiyev Misli Premyer Liqasının 13-cü turunda səfərdə "Şamaxı"nı (2:1) məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Çox çətin oyun keçdi. Əvvəldən də belə olacağını bilirdik. "Şamaxı" çox yaxşı komandadır. Həmişə rəqiblərə çətinlik yaradır. Özəlliklə də Şamaxıda, süni meydanda oynamaq bütün komandalar üçün problemdir. Çox çətin səfərdən 3 xalla qayıdırıq deyə sevinirik.

 

- "Şamaxı" ilə ilk dövrədəki görüşdə xal itirmişdiniz. Bu komanda ilə oyunlarınızın çətin alınması nədən irəli gəlir?

- Bəli, ilk dövrədə öz meydanımızda heç-heçə oynamışdıq. Həqiqətən də "Şamaxı" ilə oyunlar həmişə çətin keçir. Budəfəki matç da istisna olmadı, maraqlı, dramatik oyun izlədik.

 

- Baş məşqçilər arasındakı insidenti necə şərh edərdiniz?

- Çox xoşagəlməz hadisədir. İstəməzdik belə olsun. Oyunun dramatikliyi məqçilərə də təsir edir. Açığı, oyun zamanı epizodu görmədim. Çünki komandamız qol vurmuşdu. İstənilən halda xoşagəlməz haldır. İnşallah, bir də təkrarlanmaz.

 

- Hazırda 23 xalla beşinci pillədə qərarlaşmısınız. İkinci yerdən cəmi 3 xal geri qalırsınız. Mövsümün sonunda hədəfə çatmaq perspektivini necə qiymətləndirirsiniz?

- Biz hər matça 3 xal üçün çıxırıq. İnşallah, yaxşı olar. 

 

- Qarşıdan kubok oyunu gəlir...

- Kubok matçında zədə səbəbindən bir neçə oyunçumuz meydana çıxa bilməyəcək. Xüsusən də mərkəz müdafiəçilərimizlə bağlı problem var. 

 

- Demək olar ki, əksər Premyer Liqa klubları ilə müqayisədə kubokda "Sumqayıt"ın işi daha asandır?

- Bu fikirlə razı deyiləm. Düzdür, "Difai" I Liqa təmsilçisidir. Lakin unutmayaq ki, əvvəlki mərhələdə Premyer Liqa klubları aşağı liqa təmsilçiləri ilə matçlarda xeyli əziyyət çəkdilər. İstər "Karvan-Yevlax", istər "Şamaxı" mərhələni çətinliklə adladı. Bu gün heç kim asanlıqla təslim olmur. Ona görə də bütün rəqiblərə ciddi yanaşacağıq. 

 

- Mərhələ adlasanız, 1/4 finalda "Zirə" - "Neftçi" cütünün qalibi ilə üz-üzə gələcəksiniz. Bu komandalardan hansını "Sumqayıt" üçün daha münasib hesab edirsiniz?

- Fərqi yoxdur, ikisi də çox güclü rəqibdir. Hələ mərhələ adlamamışıq. Ona görə də indi nəsə deməyim düz olmaz. Öncə "Difai"ni keçmək lazımdır. 

 

- Çempionatda növbəti turda "İmişli" ilə üz-üzə gələcəksiniz. Həmin matçdan gözləntiləriniz nədir?

- "İmişli" heç kimin gözləmədiyi halda yaxşı oyun göstərir. Ağır rəqibdir. Birinci matçda meydanda uduzsaq da, texniki qələbə sayəsində 3 xal əldə etmişdik. Budəfəki matçda da çox çətin keçəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:15

Napoli 20 milyon avroluq müdafiəçi üçün marağını yenidən qaldırdı

Futbol
Bu gün, 03:07

Bakı U-15 Dünya Çempionatında 13 min porsiya yemək və 950 oyun: FIFA rekord pərdəarxasını açıqladı

Digər
Bu gün, 02:33

“Liverpul” və “Mançester Siti” penaltilərlə qalib gəldi, “Bornmut”, “Kristal Palas” və “Sanderlend” 1/4 finala vəsiqə qazandılar - VİDEO

Digər
Bu gün, 02:27

İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib;

Futbol
Bu gün, 01:59

Bavariya və Bayer Almaniya Kubokunda Qələbə Qazanır

Digər
Bu gün, 01:28

Qonsalu Ramuş PSJ-dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Digər
Bu gün, 01:09

“Milan”ın məğlubiyyətindən sonra A Seriyasında yalnız üç yenilməz komanda qaldı

Qarabağ FK
Bu gün, 00:51

Rəşad Sadiqov: “Təhsil və sıx oyun proqramı futbolçularımızı yorur, bəzi hallarda dərsdən dərhal sonra məşqə gəlirlər”

Digər
Bu gün, 00:41

“Espanyol”un yeni baş məşqçisi müəyyənləşdi

Qarabağ FK
Bu gün, 00:23

“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçuları üçün ziyafət təşkil etdi

Gimnastika
Bu gün, 00:09

Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları başa çatdı

Futbol
Dünən, 23:47

Manchester Uniteddə ciddi itki – Benjamin Şeşkonun uzun müddətə geri qayıtmaması

Futbol
Dünən, 23:32

A Seriyası: Bologna Milanı 4:2 məğlub etdi, Inter Venezia’yı 2:0 avtoqollarla qazandı

Digər
Dünən, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Dünən, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Dünən, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Dünən, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Dünən, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Dünən, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Dünən, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Dünən, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Dünən, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Dünən, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Dünən, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Oxşar xəbərlər