top
Riad Rəfiyev: “Bu tək bizim yox, Azərbaycan futbolunun problemidi” Sport24.az
19 avqust 2024, 17:00
- ↺ +

Riad Rəfiyev: “Bu tək bizim yox, Azərbaycan futbolunun problemidi”

"Sumqayıt" – "Səbail" matçını izləyənlər arasında "kimyaçılar"ın prezidenti Riad Rəfiyev də var idi. Qarşılaşmadan sonra "gənclik şəhəri"nin təmsilçisinin prezidenti Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb.

 

-Riyad bəy, oyundan razı qaldız?
- İlk dəqiqələrdən hiss olunurdu ki, "ağır" 90 dəqiqə izləyəcəyik. Qarşılaşmanın son dəqiqləri isə əsl triller oldu. Sevinirik ki, son saniyələrdə vacib qələbə qolunu vurduq. Təbii ki, turlar ötdükcə bizə daha çətin olacaq. Odur ki, "Səbail" üzərində zəfərdən həm motivasiya almalı, həm də çatışmazlıqları aradan qaldırmalıyıq.

 

- Sanki çempionata tam hazır deyilsiz. Komandada sabitlik çatmır...
- Fikirlərinizlə hardasa razıyam. Amma optimistik və vaxt ötdükcə çatışmazlıqlar aradan qalxacaq.

 

- "Transfer pəncərəsi"nin bağlanmasına bir neçə həftə var. Komandaya yeni futbolçu cəlb olunacaq?
- Bu həftə iki yeni futbolçu cəlb etmişik.
Onların hər birinin qarşıdakı turlarda meydana çıxacağını və gücümüzə güc qatacağını gözləyirik. Hər halda baş məşqçimiz ehtiyac duysa və büdcə imkan versə transferlər ola bilər.

 

- Gözəl stadionunuz olsa da, əksər oyunlar demək olar ki, boş tribunalar qarşısında keçir...
- Bu tək bizim yox,  Azərbaycan futbolunun problemidi. "Qarabağ" kimi Avropaya səs salan klubun da oyunlarında demək olar, eyni mənzərəni görürük. Baxın, ağdamlıların avrokubok oyunlarında Tofiq Bəhramov adına Respublika stadionu dolur, amma Premyer Liqa matçlarına barmaqla sayılacaq qədər azarkeşlər gəlir.



- Sumqayıtın özünəxas ab-havası var. Burda futbolu sevirlər. Sizcə, azarkeş ənənəsi olan şəhərdə hansı tədbirlər görülməlidi ki, insanlar stadiona üz tutsun? 
- Söylədiklərinizlə razıyam, Sumqayıt təmsilçisilərinin daim güclü "12-ci oyunçu"su olub. Şəxsən mən də çox istəyirəm ki, "Xəzər"in, "Gənclərbirliyi"nin dönəmində stadiona gələn azarkeş axını təkrarlansın. Bu yöndə maksimum işlər də görürük. Ötən mövsüm gördüz ki, həm stadionun açılışında, həm də bir neçə başqa qarşılaşmada arenada demək olar boş yer qalmadı. Elə sizin sayt vasitəsiylə də əziz sumqayıtlılara üz tutub bizə dəstək olmağa çağırıram.


- Komandanın Konfrans Liqası ilə erkən vidalaşmağı klub prezidenti kimi sizə necə təsir etdi?
- Əlbəttə ki, çox pis. Təbii ki, cavan komandayıq, avrokuboklarda demək olar, təcrübəmiz yoxdu. Amma ən azı bir mərhələ keçmək istəyirdik, təəssüf ki, alınmadı. Necə deyərlər, bu da bizə bir təcrübə oldu, irəli baxmalı və inkişaf etməliyik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 21:06

Bakıda cüdo üzrə U-17 yeniyetmələr arası şəhər birinciliyində medalçılar müəyyənləşdi

Voleybol
Bu gün, 21:00

Ayşən Əbdüləzimova: Turanın 3-0 Maritsa qələbəsi ilə CEV Çempionlar Liqasında tarix yazma hədəfi

Qarabağ FK
Bu gün, 20:54

Cüneyt Biçer Toral Bayramovun “Bursaspor”da mövqeyini dəyərləndirdi: “Hər keçən gün onun xeyrinə işləyir”

Futbol
Bu gün, 20:42

Vilyam Qallas: "Arsenal" bu mövsümdə müdafiədə çox güclüdür və çempionluq uğrunda ciddi namizəddir

Digər
Bu gün, 20:27

6 yaşlı Azərbaycanlı Selin Tağızadə Avstriyada beynəlxalq idman dırmanma yarışında

Futbol
Bu gün, 20:27

Borussia München 17 yaşlı Vael Mohaya ilə müqaviləni yeniləməyi planlaşdırır

Futbol
Bu gün, 20:13

İnfantino, Trampa əlaqələri səbəbindən ABŞ Konqresində çağırıla bilər

Futbol
Bu gün, 19:51

De Yonq: Çox az insan matçları 90 dəqiqə izləyir – müdafiəçi izah edir

Futbol
Bu gün, 19:37

İraq, İranın futbol komandasına təyinat sənədi üçün təyyarə enişinə icazə vermədi

Digər
Bu gün, 19:32

Tofiq Musayev: Zəfər Gününü qürurla qeyd edirik

Futbol
Bu gün, 19:29

"Bode-Glimt"ə evində Mançester Siti, İnter, Sporting və Bormuniya məğlub olub (Çempionlar Liqası)

Futbol
Bu gün, 19:28

Marafon və Dinamo qələbə qazandı

Digər
Bu gün, 19:22

Avstraliyada Kotton Kubokunda atdan yıxılan 22 yaşlı jokey İzzi Nil vəfat edib

Futbol
Bu gün, 19:08

Kukurelya: İngiltərənin Premier Liqası daha açıq və gözlənilməzdir

Digər
Bu gün, 19:03

İgidlər Göygöldə keçirilən intellektual yarışda birinci oldu

Futbol
Bu gün, 19:01

Oleq Baklov "King’s Cup 2026" turnirində Tacikistan millisinə dəvət olundu

Cüdo
Bu gün, 18:56

EJU vaxt uzatmağa görə cəza tətbiqini izah etdi

Futbol
Bu gün, 18:45

Van Deyk Liverpulda qalma və yeni klubda davam etmə ehtimallarından narahat olmadığını bildirib

Futbol
Bu gün, 18:38

Lorenzo Mezzoteronun topuğunda burxulma şübası yarandığı açıqlanıb

Futbol
Bu gün, 18:29

“Barselona” Conatay Ta-nı transfer etmək istəyir

Basketbol
Bu gün, 18:25

Frenki Fidler FIBA Çempionlar Liqasının tarixində nadir başlanğıc göstərərək seçilmiş üçlüyə daxil oldu

Futbol
Bu gün, 18:19

Kəpəz altı futbolçusuz məşqlərini bərpa etdi

Futbol
Bu gün, 18:16

Emin Abbasov yeni müşavir təyin edildi

Futbol
Bu gün, 18:15

Mançester Yunayted baş məşqçisi Maykl Kerrikdən ayrılacaq

Oxşar xəbərlər