top
Riad Rəfiyev: Açıq deməliyik, Sumqayıt üçün dəhşətli mövsüm oldu - MÜSAHİBƏ Idman.biz
24 may 2025, 11:32
- ↺ +

Riad Rəfiyev: "Açıq deməliyik, "Sumqayıt" üçün dəhşətli mövsüm oldu" - MÜSAHİBƏ

"Sumqayıt"ın prezidenti Riad Rəfiyevin Futbolxeber.az saytına müsahibəsi

- Komandanız çempionatın son turunda "Səbail" üzərində 4:1 hesablı qələbə qazandı. Yekunlaşan mövsümü "Sumqayıt" üçün necə dəyərləndirirsiniz?

- "Sumqayıt" üçün bərbad mövsüm oldu. Bunu açıq deməliyik. Mövsümü klubumuza yaraşmayan yerdə bitirəcəyik. Fərqi yoxdur, 8-ci yer olsun, yaxud 9. Mövsümün əvvəlində məqsədlərimiz tam başqa idi. Ona görə inşallah, növbəti mövsüm qat-qat uğurlu olar.

- Nə çatışmadı?

- Səbəblər çox oldu. Bunları biz bilirik. İndi bu barədə ətraflı danışmaq istəməzdim. İnşallah, növbəti mövsüm o səhvlərdən uzaq olacağıq.

- Mövsümün əvvəlində planlaşdırılmamış baş məşqçi dəyişikliyinin uğursuzluqda nə dərəcədə təsiri oldu?

- Əlbəttə, bu amilin böyük təsiri oldu.

- Baş məşqçi təyinatı ilə bağlı nə yenilik var?

- Hazırda heç bir yenilik yoxdur. Heç yerə tələsmirik. Növbəti mövsümə xeyli vaxt var. Tələsəcəyimiz yer yoxdur.

- Lakin gecikmək də olmaz...

- Xeyr, gecikməyəcəyik. Vaxt var hələ. Yaxın zamanlarda baş məşqçi məsələsi ilə bağlı rəsmi açıqlama olacaq.

- Yerli, yoxsa əcnəbi?

- Hər ikisi ola bilər.

- Faiz nisbətində götürsək, "Sumqayıt"ın heyəti yeni mövsümdə nə dərəcədə dəyişəcək?

- Faizlə deyə bilmərəm, amma əlbəttə, dəyişiklik olacaq. Birmənalı şəkildə.

- Müqaviləsi bitən aparıcı futbolçularla artıq danışıqlara start verilib, yoxsa yeni baş məşqçi təyinatını gözləyirsiniz?

- Elə futbolçular var ki, onlarla müqaviləni uzatmaq üçün təyinatı gözləməyə ehtiyac yoxdur. Bunu açıq deməliyik. Komandada getməsini də, qalmasını da istəyidimiz oyunçular var.

- Qalmaq istədikləriniz arasında razılaşdığınız oyunçular var?

- Razılaşdığımız da var, danışıq apardığımız da, ümumiyyətlə danışmadığımız da. Hansılar ki, bu mövsümü çox zəif keçiriblər. Onlar komandada qalmayacaqlar.

- Soruşsaq, yəqin ki, ad açıqlamayacaqsınız...

- Ad açıqlamağım düzgün olmaz.

- Mütəmadi olaraq "Sumqayıt"ın bəzi futbolçularının adı digər klublarla hallanır. Ümumiyyətlə, son zamanlar hansısa futbolçuya görə rəsmi təklif almısınız?

- Bəli, olub. Amma ad çəkmək istəməzdim hansı klub və hansı futbolçu idi.

- Nəticəsi?

- Razılaşmamışıq.

- AFFA-nın dövlətin hər bir kluba ayırdığı 3 milyon manatdan yarım milyon kəsəcəyi deyilir. Buna münasibətiniz necədir?

- Belə söz-söhbətlər var, eşidirik. Lakin bu ana qədər bu barədə AFFA-dan hər hansı rəsmi məlumat verilməyib. Əgər həqiqətən də, bu baş verəcəksə, bizim üçün də çox böyük zərbə olacaq. İstəməzdik ki, belə olsun. Ümid edirik ki, məbləğ başa çatan mövsümdə olduğu kimi qalar.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:05

“Bavariya” Çempionlar Liqasında ilk səkkizlik mərhələsinə çıxmağı hədəf qoydu

Futbol
Bu gün, 02:06

Everton 1-0 yeniləndi, Nyukasl məğlub edildi

Futbol
Bu gün, 02:01

Deportivo 2:1lə Osasuna'ya qarşı qələbə qolu 87-ci dəqiqədə vuruldu

Futbol
Bu gün, 01:53

Brest səfərdə Lorientı 2:0 məğlub etdi, penaltini qaçırdı

Futbol
Bu gün, 01:31

“Sabah” Norveçin Stavanger şəhərində soyuq hava və süni otlu stadionla qarşılaşacaq

Futbol
Bu gün, 01:09

Flik Unai Emerini dünyanın ən yaxşı məşqçilərindən biri hesab etdi

Futbol
Bu gün, 00:52

Norveç mətbuatında ‘Sabah’ klubunun təqdimatı: ‘Heç kimin tanımadığı komanda’

Şahmat
Bu gün, 00:32

Məhəmməd Muradlı KazChess Masters turnirində gözləntiləri yerinə yetirə bilmədi

Futbol
Bu gün, 00:12

Tebas Real Madrid‑i İspan futboluna ciddi zərər vurmaqda ittiham edir

Futbol
Dünən, 23:42

Çelsi və Liverpul, Brentford müdafiəçisi El Hacı Malik Diufun transferi üçün maraqlıdır

Futbol
Dünən, 23:27

Fiorentina, Sassuolo qarşısında 4:2 hesabı ilə qalib gəldi

Futbol
Dünən, 23:24

Sumqayıt vs Şəfa: 1-1 nəticəli Premier Liq 10-cu turu video icmalı

Futbol
Dünən, 23:19

Ukraynanın Polissya klubu Aravonun Rusiya ilə yoldaşlıq məcburiyyətində iştirakını qadağan etdi

Futbol
Dünən, 23:05

"Vikinq"in baş məşqçisi Morten Yensen "Sabah"la Çempionlar Liqası matçı ərəfəsində mətbuat konfransında iştirak etməyib

Futbol
Dünən, 22:59

Gənclərbirliyi 5-0 qələbə ilə Alanyasporu məğlub etdi

Futbol
Dünən, 22:52

Traktor 90+9 dəqiqədə qol ataraq 2-2 nəticə alıb

Futbol
Dünən, 22:45

Tenerifedə futbolçu ağır zədə alıb, matç 2:2 hesabı ilə yarımçıq dayandırıldı

Formula 1
Dünən, 22:24

Andrea Kimi Antonellinin 2026-cı il üçün qazancı 26 milyon avro təyin olunub

Futbol
Dünən, 22:22

Fənərbağça klubunun yeni baş məşqçisi Serjiu Konseysau təyin edildi

Gimnastika
Dünən, 22:16

Bakıda 2027-ci ildə idman gimnastikası üzrə Dünya Kuboku mərhələsi keçiriləcək

Futbol
Dünən, 22:09

Flik: ‘Biz Real və PSG ilə eyni səviyyədə’

Futbol
Dünən, 21:56

Şəfa-nın baş məşqçisi Zaur Həşimov: “Sumqayıt”la oyunda penalti təyin edilməli və ikinci sarı vərəqə göstərilməli idi

Futbol
Dünən, 21:48

Mançester Yunayted Bruno Fernandeşin əvəzləyicisini Komonun hücumçusundan tapmağa çalışır

Futbol
Dünən, 21:48

Filipe Kandido: Nəticə ilə barışmalı, 1:1 heç-heçə istədiyimiz deyildi

Oxşar xəbərlər