"Reyncers"in yeni baş məşqçisinin adı açıqlanıb. Sport24.az xəbər verir ki, komandanı Berri Ferqyusson çalışdıracaq.
Bu barədə Şotlandiya klubunun rəsmi saytı məlumat yayıb.
O, bu gün istefaya göndərilən Filip Klemeni əvəzləyib. 47 yaşlı Berri ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. 27 oyundan sonra 56 xal toplayan "Reyncers" lider "Seltik"dən 13 xal geri qalır.
Qeyd edək ki, Ferqyusson futbolçu karyerası ərzində 10 il "Reyncers"də (1997-2003, 2005-2009) çıxış edib.