top
Rəvan Yusifov: Uşaqları futbola qaytaran fədakarlıq - İDMAN.BİZ müsahibəsi Idman.biz
07 noyabr 2025, 13:19
- ↺ +

Rəvan Yusifov: Uşaqları futbola qaytaran fədakarlıq - İDMAN.BİZ müsahibəsi

Rəvan Yusifov Xaçmaz rayonunun Gödəkli kəndində doğulub və orada böyüyüb. Uşaqlıqdan futbol onun həyatının bir hissəsinə çevrilib. İdmanla məşğul olmaq üçün şəraitin olmamasına baxmayaraq, o, bu sevgisindən əl çəkməyib və indi 8-12 yaşlı uşaqları pulsuz şəkildə məşq etdirir.

Rəvan Yusifovun futbola sevgisi "Milan" klubunun oyununu ilk dəfə izlədiyi vaxtdan yaranıb. Sonradan onun kumiri braziliyalı futbolçu Ronaldinyo olub. "Uşaqlıqda biz dostlarla hər yerdə futbol oynayırdıq. Bəzən bizi böyüklərin komandalarına da dəvət edirdilər. Yəni istedad var idi, sadəcə inkişaf üçün dəstək çatışmırdı", - deyə o, İdman.Biz-ə müsahibəsində bildirib.

Kənddə oynamaq, əslində, indi də çətinlik yaradır. Rəvan Yusifov xatırlayır ki, uşaqlıqda normal topa sahib olmaq böyük lüks sayılırdı, yerli meydança isə bərbad vəziyyətdə idi. Amma uşaqlar ruhdan düşmürdülər:

"Biz yaxşı şəraitin nə olduğunu bilmirdik. Ona görə də sadəcə həvəslə və idmana sevgi ilə oynayırdıq".

"Dirilən" meydança

Rəvan Yusifovun uşaqları məşq etdirmək ideyası çoxdan yaranmışdı, lakin onu həyata keçirmək yalnız bir il əvvəl mümkün olub.

"Həmişə bu fikri sonraya saxlayırdım. Şübhə edirdim - alınacaqmı, gücüm çatacaqmı? Amma bir gün uşaqları gördüm ki, özləri yığışıb oynayırlar. O an başa düşdüm ki, artıq hərəkətə keçmək vaxtıdır. Onları qruplara bölüb məşq saatlarını təyin etdim, əlaqə saxlamaq üçün də bir çat yaratdım", - deyə R.Yusifov bildirib.

R. Yusifovun sözlərinə görə, əvvəlcə müntəzəm məşqləri təşkil etmək çətin idi. Lakin uşaqlar nizam-intizamlı və çalışqan çıxaraq tədricən ritmə düşdülər. O, məşqlərə başlamaq qərarına gələndə bu məqsədlə köhnə, qapısız və baxımsız qalmış bir meydançanı seçib - elə öz uşaqlığında da baxımsız vəziyyətdə olan həmin sahəni. Daha münasib şəraitdə olan meydançalarda məşq keçmək mümkün deyildi: onların hamısı Xaçmazda yerləşirdi və kənd uşaqları üçün ora getmək həm uzaq, həm də xərc baxımından çətin idi. Buna görə də Rəvan Yusifov meydançanı öz gücü və kənd sakinlərinin dəstəyi ilə bərpa etməyə qərar verib.

Onlar meydançanın ətrafını təmizləyiblər - əvvəllər buradan kənd sakinlərinin istifadə etdiyi bir cığır keçirdi. İndi həmin cığır torpaqla örtülüb və bağlanıb ki, meydançanın örtüyü qorunsun və sahə səliqəli görünsün. Məşqçinin sözlərinə görə, bərpa işlərində hər kəs - uşaqlar, valideynlər və kəndin sadə, xeyirxah sakinləri iştirak edib.

"Bir nəfər kişi qapıların karkasını pulsuz qaynadıb quraşdırdı. Bu, uşaqları çox ruhlandırdı, çünki nəhayət oynamaq üçün şərait yaranırdı. Onlar qapıları özləri rənglədilər, toru bərkitdilər - hər şeyi həvəslə və sevinc içində etdilər".

Gələcəyə ümidlər

Meydançanın bərpası uşaqlar üçün əsl motivasiya oldu - onları birləşdirdi və komanda ruhu yaratdı. Rəvan Yusifovun əsas məqsədi isə yalnız futbol oynamağı öyrətmək deyil, uşaqların özünə inamlı, məqsədyönlü böyüməsinə kömək etmək, onları zərərli vərdişlərdən uzaq tutmaq və sağlam həyat tərzinə alışdırmaqdır:

"Biz başlayanda bəziləri topu düzgün idarə etməyi belə bacarmırdı, indi isə əsl futbolçu kimi oynayırlar. Aralarında çox perspektivli uşaqlar var. Ümid edirəm ki, onların karyerası alınacaq. Artıq bir neçəsini Xaçmazdakı futbol məktəbinə və "Xudat City" akademiyasına yönləndirmişik".

Rəvan üçün yetirmələrinin inkişafı xüsusi əhəmiyyət daşıyır, çünki o, vaxtilə qarşısına çıxan çətinlikləri yaxşı bilir:

"Bizim vaxtımızda gənc istedadlara dəstək demək olar ki, yox idi, halbuki bacarıqlı uşaqlar çox idi. İndi vəziyyət tam fərqlidir: pulsuz idman dərnəkləri, əlçatan avadanlıqlar, inkişaf üçün imkanlar var. Artıq ‘Şimal" klubunda bizim kənddən iki yeniyetmə çıxış edir. İnanıram ki, tezliklə belə uşaqların sayı daha da artacaq".

Rəvan Yusifovun bu qədər israrlı və ilhamlı olmasının səbəbi şəxsi motivləridir - onun oğlu da digər uşaqlarla birlikdə məşq edir. O etiraf edir ki, həm öz övladının, həm də yetirmələrinin vaxtilə onun üçün gerçəkləşməyən arzunu həyata keçirdiyini görmək istəyir.

Kənddə bələdiyyəyə yeni insanlar seçilib və Rəvan qarşıdakı dəyişikliklərdən nikbin danışır:

"Bizə söz veriblər ki, meydançanı hamarlayacaqlar, hasarları möhkəmləndirəcəklər və soyunub-geyinmə otaqları tikəcəklər. Yaxınlarda onlarla yenidən danışdıq - təsdiqlədilər ki, hər şey tezliklə həyata keçiriləcək. Çox ümid edirik ki, elə də olacaq".

Buna baxmayaraq, komanda hələ də ən sadə avadanlıqlara ciddi ehtiyac duyur.

"Toplarımız demək olar ki, qalmayıb: on ədədin yalnız üçü bütöv qalıb. Uşaqların forması yoxdur - kim nə tapırsa, onunla oynayır, idman ayaqqabısı çatışmır. Əlimizdən gələni etdik, amma kənddə imkanlar azdır. Yenə də inanıram ki, uşaqlara məşq və inkişaf üçün şərait yaradılarsa, onlardan doğrudan da güclü futbolçular yetişəcək" - deyə futbol fədaisi olan Rəvan Yusifov fikrini tamamlayıb.

Hazırkı mərhələdə uşaqları idman geyimləri və toplarla təmin etmək üçün Rəvan Yusifova 500 manat lazımdır.

İdman.Biz redaksiyası bütün futbolsevərlərə və sadəcə laqeyd qalmayan insanlara müraciət edərək, məşqçinin təşəbbüsünü dəstəkləməyə və Gödəkli kəndində uşaq futbolunun inkişafına töhfə verməyə çağırır.

Yardımı aşağıdakı karta köçürmək olar:

4169 7414 1718 4155

Rəvan Yusifovla bu nömrə vasitəsilə əlaqə saxlamaq mümkündür: +994 70 738 68 18.

Leyla Eminova

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 21:56

Yeni Cüdo Kəmər Sınağı 5-6 Noyabr Baku Olimpiya Kompleksində

Digər
Bu gün, 21:55

Azərbaycan karateçiləri Sofiyada Avropa çempionu oldu, çoxsaylı medallar qazanıldı

Futbol
Bu gün, 21:39

Seneqal Millisinin Ex-Footballçusu Demba Ba Havr İdman Direktoru Vəzifəsindən Ayrıldı

Futbol
Bu gün, 21:29

Fabio Kannavaro, Özbəkistan milli komandasının məşqçisi vəzifəsindən ayrılma ehtimalı

Futbol
Bu gün, 21:24

FIFA prezidenti Xəsus de Migelin vəfatı münasibətilə başsağlığı bildirdi

Futbol
Bu gün, 21:09

Barselona Aleks Balde üçün transfer qiymətini 40 milyon avroya yüksəltdi

Futbol
Bu gün, 20:57

Əvəzedicilər Liqası: IX turun oyunları, tarix və saatları açıqlandı

Cüdo
Bu gün, 20:56

Bakı şəhərinin yeniyetmələr arasında cüdo birinciliyinə 483 idmançı qatılacaq

Futbol
Bu gün, 20:41

Dieqo Simeone: “Bavariya” ilə oyunda 80 dəqiqə hücum etmək istəyirik, Kardoso və Hülmann heyətdə yoxdur

Minifutbol
Bu gün, 20:35

Futsal transfer dövrü tarixləri açıqlanıb

Futbol
Bu gün, 20:27

Fənərbaxçanın yeni baş məşqçisi üçün Emre Belözoğlu ilə danışıqlara başlanılıb

Futbol
Bu gün, 20:27

Mançester Siti’nin ‘RB Leypsiq’lə qarşılaşmadan əvvəl yalnız Semenyo iştirak etməyib

Futbol
Bu gün, 20:12

Al-Hilal Qərarı: Bruno Fernandes transferi planlaşdırılmır

Olimpiada
Bu gün, 20:06

İmran və İbrahim Novruzinin beynəlxalq Mental Arifmetika Olimpiadasında qalibiyyəti

Futbol
Bu gün, 19:58

Atletiko, Arsenalın yarımmüdafiəçisi Mikel Merinonun 30 milyon avroluq icarə təklifini göndərəcək

Futbol
Bu gün, 19:46

Qalatasarayın yeni futbolçusunun həyat yoldaşı, İrina Podşibyakina, Türkiyədəki karyerasını dəstəkləmək üçün işini tərk etdi

Qarabağ FK
Bu gün, 19:41

Elvin Cəfərquliyev “Qarabağ”ın məşqlərinə qoşuldu – foto

Futbol
Bu gün, 19:30

İnter Kyeza transferində maaş çətinliyi; Liverpuldan güzəşt gözlənilir

Qarabağ FK
Bu gün, 19:28

U-19 millinin Euro yarişımına hazırlığı üçün "Sabah"–"Qarabağ" oyunu təxirə salındı

Futbol
Bu gün, 19:25

Yuventus, Qulyelmo Vikarionu Tottenhemdən daimi transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 19:16

Roma yarımmüdafiəçisi Merten de Ron Maykl Karrikin özünə nümunə götürdüyünü açıqladı

Futbol
Bu gün, 19:07

Xesus Ovono rəqib futbolçunun ölümünə səbəb olduğu üçün 8-12 oyunlu cəzalandırıla bilər

Futbol
Bu gün, 19:01

Peter Kristiansenin zədəsi 'Vikinq'in Sabahla oynayacağı qarşılaşmanı təhlükə altına ala bilər

Futbol
Bu gün, 18:43

Azərbaycan qadın milli futbol komandası UEFA Millətlər Liqasının 2027/2028 qrup rəqiblərini təyin etdi

Oxşar xəbərlər