"Barselona"nın "Mançester Yunayted"dən icarəyə götürülmüş hücumçusu Markus Reşford futbol üzrə blitz-sorğuda iştirak edib.
İdman.Biz-in məlumatına görə, ingilis futbolçu ESPN-in sorğusu əsasında müxtəlif kateqoriyalarda ən yaxşı oyunçuları seçib.
Onun top siyahısı belədir:
- Hücumu ən yaxşı başa çatdıran?
- Kriştiano Ronaldo.
- Ən yaxşı qapıçı?
- Buffon.
- Ən yaxşı müdafiəçi?
- Maldini.
- Ən yaxşı oyun qurucusu?
- Messi.
- Ən yaxşı driblinqçi?
- R9 (Ronaldo Nazario).
- Ən xarizmatik futbolçu?
- Zlatan İbrahimoviç.
- Bütün zamanların ən yaxşı La Liqa oyunçusu?
- Messi.
- Bütün zamanların ən yaxşı futbolçusu?
- Messi və Ronaldo... Çətindir".
Reşford 2021-ci ildən 2022-ci ilə qədər "Mançester Yunayted"də Ronaldo ilə birlikdə oynayıb.