top
Rəşad Sadıqovun “yenilməz batalyon”u: Rekordun bir addımlığında - TƏHLİL İdman.biz
09 avqust 2024, 11:51
- ↺ +

Rəşad Sadıqovun “yenilməz batalyon”u: Rekordun bir addımlığında - TƏHLİL

"Zirə" avrokuboklardakı uğurlu səfər seriyasını davam etdirir.

İdman.biz xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri Konfrans Liqasının III təsnifat mərhələsinin "Osiyek"lə Xorvatiyada keçirilən matçından da məğlubiyyətsiz ayrılıb.

Bakı klubu Osiyek şəhərində son dəqiqə qolu ilə sülhə nail olub – 1:1. Bununla da "Zirə" Avropaya səfərlərdəki yenilməzliyi 4 oyuna çatıb.

Qəsəbə təmsilçisi bu mövsüm Avropa Liqasında Moldovadan "Şerif" üzərində qələbə ilə dönüb – 1:0. Zirəlilər Konfrans Liqasına düşdükdən sonra Slovakiyada "Dunayska Streda"nı da məğlubiyyətə uğradıb – 2:1. Mövsümün 3-cü səfəri Xorvatiyaya olub.

Zirəlilərin bu seriyası isə daha əvvəl başlayıb. Sadıqovun "yenilməz batalyon"u iki il əvvəl Təl-Əviv "Makkabi"si ilə səfərdə qolsuz heç-heçə edib. Həmin görüş də Konfrans Liqası çərçivəsində baş tutub.

Bir sözlə, "Zirə" yeni yaranan bu turnirin tarixində rəqib meydanında uduzmayıb. Bakılılar Konfrans Liqasında keçirdiyi üç səfər matçında 2 qələbə və 1 heç-heçə edib.

Ümumilikdə rəqib meydanlarındakı məğlubiyyətsizlik seriyası 4-ə çatan "Zirə" Azərbaycan rekordunun bir addımlığındadır. "Qartallar" pley-offa yüksəlsə və "Omoniya" – "Fehervar" cütünün qalibinin meydanında uduzmasa, "Qarabağ"ın sahib olduğu rekordu təkrarlayacaq.

Qurban Qurbanovun yetirmələri 2021/22 mövsümündə ardıcıl 5 səfərdə yenilməyib. Ağdamlılar həmin seriyanın bütün görüşlərini Konfrans Liqasında keçirib.

Rekorda bir addımı qalan "Zirə" "İnter"in iki dəfə imza atdığı seriyanı təkrarlayıb. İndi "Şamaxı" adlanan paytaxtın sabiq təmsilçisi 2010-15-co illərdə iki dəfə dörd oyunluq səfər seriyasını gerçəkləşdirib.

"Zirə"nin avrokuboklardakı son və yeganə məğlubiyyəti isə 7 il əvvəl yaşanıb. Bakılılar Avropa Liqasının "Astra" ilə Rumıniyadakı görüşündə 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, "Zirə" həm də ardıcıl üç səfər oyununda qol vurmaq seriyasına imza atıb.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:18

“Manchester United” Niko Uilyamsı 95 milyon avro üçün almağa hazırdır

Futbol
Bu gün, 11:10

Yurgen Klopp Almaniya millisinin tarixində ən pis startı qeyd etdi;

Futbol
Bu gün, 10:04

“Qəbələ”nin baş məşqçisi Yeton Bekirinin gənc futbolçulara şans vermək məqsədi

Futbol
Bu gün, 09:49

UEFA, Aliyar Ağayevə Gürcüstan‑Ukrayna oyununu idarə etmək üçün təyinat verdi

Futbol
Bu gün, 08:45

UEFA Millətlər Liqası 2026/27 ikinci turunun oyun afişası

Futbol
Bu gün, 05:36

Barselonanın gənc futbolçusu Cessi Bisivu Belçika U-21 və Qana millisi arasında seçim etməlidir

Futbol
Bu gün, 03:44

Məhəmməd Salahın Misir milli komandadan çıxması ölkədə mübahisələrə səbəb oldu

Futbol
Bu gün, 02:38

Arsenal, Tottenham, Liverpool və Manchester United Manchester City-yə qarşı 800 milyon funtluk iddia hazırlayır

Futbol
Bu gün, 02:13

Klopp ilk məğlubiyyətdən sonra sakit qalır: Bu, prosesin bir hissəsidir

Futbol
Bu gün, 01:47

Kamavinqa Fransa millisinin hücumçularının vəzifələri barədə açıqlama verdi

Futbol
Bu gün, 01:28

İspaniya mətbuatı Braziliya milli komandasını ‘Barselona’ stilinə bənzətdi

Güləş
Dünən, 23:40

Azərbaycan çimərlik güləşində iki qızıl üç bürünc medal qazandı, tarixdə ilk dəfə dünya çempionu oldu

Futbol
Dünən, 23:23

Qəbələ ilə Karvan-Yevlax arasında qolsuz bərabərlik

Şahmat
Dünən, 22:38

Vüqar Əsədlinin rəhbərliyi altında Qətər şahmat komandası Səmərqənddə qrup birinciliyini qazandı

Futbol
Dünən, 21:24

Jalə Məhsimova “Neftçi”də davam edəcək

Futbol
Dünən, 19:57

İmişli, Araz‑Naxçıvanı 1:3 hesabı ilə məğlub etdi

Futbol
Dünən, 19:30

Ayxan Abbasov: Litva qarşısında 1:1 oyunla futbolçular milli formanın dəyərini sübut etdilər

Futbol
Dünən, 16:28

Azərbaycan U‑21 millisinin Şotlandiya ilə qarşılaşması üçün norveçli hakimlər təyin olundu

Basketbol
Dünən, 10:47

NTD iki gənc U‑20 oyunçusunun müqaviləsini bir il uzatdı, 10 oyunçu komandadan ayrıldı

Futbol
Dünən, 10:00

“Kəpəz” uzun müddət zədələnən Məqsəd İsayevlə yollarını ayırdı

Şahmat
Dünən, 09:00

Azərbaycan şahmat milli komandası bu gün Səmərqənddə sonuncu oyunlarını keçirəcək;

Futbol
Dünən, 06:27

Dursun Özbek: “Qalatasaray” transferlərindən 50 milyon avro gəlir əldə edib

Voleybol
Dünən, 05:18

Polşa kişi voleybol milli komandası finalda Fransanı məğlub edərək Avropa çempionu oldu

Futbol
Dünən, 03:24

Manchester City futbolçusu Rayan Ayt‑Nuri, Əlcəzair milli komandadan çıxarıldı: məşqçinin göstərişinə əməl etmədi

Oxşar xəbərlər