top
Rəşad Sadıqovun qələbə ilə bağlı şərhi Sport24.az
13 aprel 2025, 22:08
- ↺ +

Rəşad Sadıqovun qələbə ilə bağlı şərhi

Misli Premyer Liqasının XXX turunda keçirilən "Neftçi" – "Zirə" (2:4) matçından sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:

 

– Bizim üçün oyun çox çətin başladı. Rəqib yaratdığı ilk iki epizoddan yararlandı. Bu dəqiqələrdə toparlanıb, oyuna davam etmək çətin idi. Futbolçular özlərində güc tapdılar, təslim olmadılar. Sona qədər mübarizə apardılar. 4 qol vurduq, məğlub da ola bilərdik. İkinci hissəyə fəal başladıq. Vacib üç xal qazandıq. Artıq qarşıdakı matçlara baxmalıyıq. "Sumqayıt"a qarşı vacib oyun bizi gölzəyir.

 

– Futbol ictimaiyyəti və mediada müşahidə edilir ki, "Zirə" və Rəşad Sadıqovun işi çox da qabardılmır. Səbəbini nədə görürsüz?

– Məşqçiliyə başladıqdan, ikinci sezondan sonra mediadan və sosial şəbəkələrdən maksimum uzaqlaşmışam. Mənfi və müsbət fikirləri izləmirəm. Bilmirəm dediyiniz şəkildədir, ya yox. Biz işimizi onun üzərində qurmamışıq ki, kimsə tərifləsin. Tərifə layiq olsaq, tərifləyəcəklər. Ola bilər ki, məndən gözləntilər çoxdur. Bunu anlayışla qarşılayıram. Üçüncü yerlə 6 xallıq fərq var. Amma qətiyyən düşünmürəm ki, nəsə üstünlüyümüz var, nəyisə həll etmişik. Altı kritik oyunumuz var. Bilmirəm Konfrans Liqasının oyunu nə vaxtdır. Ora vəsiqə qazanmayana qədər baxmayacam. İndi məni düşündürən "Sumqayıt"la görüşdür. 

 

– Rəşad Sadıqovun görmək istədiyi "Zirə" budur?

– Futbolçu olaraq da, heç vaxt özümdən razı olmamışam. Həmişə düşünmüşəm daha yaxşısını edə bilərəm. Bu gün düşünəcəm ki, nəyi düz etməmişik ki, rəqib bu gün fərqləndi, iki qol buraxdıq. Samir Abasovun gəlişindən sonra "Neftçi" etibarlı müdafiə olunur. Bu həftə onu düşünəcəm ki, harada düz etmədik, qollar buraxdıq. Yəqin oyunçular 100 faiz oyuna köklənməmişdi ki, iki qol buraxdıq. "Zirə" yaxşıdır, bu kifayət edir" kimi fikirləri düşünmürəm. Onu düşünsəm, geri addamlayarıq.

 

– 0:2 uduzduğunuz halda, necə oldu ki, geridönüş etdiniz? Sanki baş verənlər səmimi deyil idi…

– 33 illik futbol təcrübəm var, bu tip oyunlar bizim liqada, digər liqalarda çox olub. "Qarabağ"la görüşdə də 0:2 uduzurduq, sonda qalib gəldik. Əsas səbəbi nədə görürəm? Rəqibin pressinqinə hazırlaşmışdıq. 0:2-dən sonra da yaxşı oynamırdıq. Rəqabətli oyun idi. Hissənin sonlarında pressinq edib topu ələ keçirib, penalti qazandıq. Hücum potensialını artırmağa başladıq. Rəqib 3:0 qalib gələ də bilərdi. Futbolun bir hissəsidir. Əsas üstünlüyümüz nə idi? "Neftçi"nin çoxsaylı itkiləri var idi. İkinci hissədə ehtiyat qüvvəmiz rəqibdən daha geniş idi. Burada 1:2 uduzduğumuz matçda "Neftçi" "Zirə"ni üstələyirdi. Samir Abasovun ehtiyat qüvvəsi var idi. O faktlar da ola bilər. İkinci hissədə daha riskli oynayırdıq. İkinci qoldan sonra pauza götürdük.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Gimnastika
Dünən, 23:54

Azərbaycan Milli Komandası Dünya Çempionasında Medal Qazanıb Vətənə Qayıdı

Futbol
Dünən, 23:36

De la Fuente: Yamalın sağlamlığını önə çəkərək Çexiya oyunundan çıxarmadıq

Futbol
Dünən, 23:21

Tçuameni Fransa Milli Takımı üçün iki oyunu qaçırma riskində

Voleybol
Dünən, 23:01

“Turan” qadın voleybol komandası Maritsa’yı 3:0 məğlub etdi, çempionlar liqasının qrup mərhələsinə yüksəldi – İDMAN.BİZ TOVUZDAN

Basketbol
Dünən, 22:44

"Sabah"ın baş məşqçisi Lazar Spasiç "Trabzonspor"a qalibiyyəti (91:72) dəyərləndirdi: "Azərbaycanlılar komandaları ilə fəxr etmelidir"

Basketbol
Dünən, 22:35

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının IV turunda qələbə qazandı

Voleybol
Dünən, 22:35

Turan" prezident Həsən Zeynalov: 3:0 qələbə ilə CEV Çempionlar Liqasına yüksələldik, mümkün olmayan heç nə yoxdur

Futbol
Dünən, 22:29

Cerrard: Yamal 19 yaşında Ronaldudan daha qabaqdadır

Gimnastika
Dünən, 22:19

Maqsud Mahmudov: Gümüş medal qazandıq, gələn il belaruslu rəqibləri məğlub edib qızıl medal istəyirik

Gimnastika
Dünən, 22:19

Tofiq Əliyev: Dünya Çempionatında Gümüş Medal Qazandım, Lakin Finalda Risk Etməliydim

Gimnastika
Dünən, 22:08

Mixail Malkin: Zədəyə baxmayaraq, gələcəkdə qızıl medal qazanacağımıza inanırıq;

Futbol
Dünən, 22:01

Latsio 23 yaşlı müdafiəçi Romano Floriani ilə müqavilə uzatdı

Futbol
Dünən, 21:49

İtaliya Futbol Federasiyası Qalliani şikayətinə cavab verir

Gimnastika
Dünən, 21:42

Selcan Mahsudova batut gimnastikası üzrə dünya çempionatında gümüş medal qazanmaqla tarixə yönəldikləri üçün sevindiyini bildirib;

Voleybol
Dünən, 21:38

Turanın baş məşqçisi: Bakıda belə ajiotaj yoxdur

Oxşar xəbərlər