Bu dəqiqələrdə Şamaxı şəhər stadionunda eyniadlı komanda ilə "Turan Tovuz" arasında davam edən Misli Premyer Liqasının 8-ci turu qarşılaşmasını "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov da izləyir. Sport24.az-ın Şamaxıya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, buna səbəb 42 yaşlı mütəxəssisin növbəti turdakı rəqibini iş başında görmək istəyidi.
Oktyabrın 6-da "qartallar" çətin Tovuz sınağına yollanacaq ki, son mövsümün gümüş mükafatçısının çalışdırıcısı Kurban Berdıyevin drujinasının nəyə qadir olduğunu şəxsən izləməyi üstün tutub.
Qeyd edək ki, Sadıqovu köməkçisi Eltun Yaqublu müşaiyət edir. Oyuna gəlincə, hazırda ilk yarı davam edir və "Turan Tovuz" 1:0 öndədir.