top
Rəşad Sadıqov Zirənin hazırlığı, zədələr və meydanların vəziyyəti barədə danışıb Idman.biz
10 avqust 2025, 01:19
- ↺ +

Rəşad Sadıqov "Zirə"nin hazırlığı, zədələr və meydanların vəziyyəti barədə danışıb

Yoxlama matçında "Şamaxı"ya 1:2 hesabı ilə uduzan "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavblandırıb.

İdman.biz xəbər verir ki, təcrübəli mütəxəssis komandanın çempionata hazırlığınl qiymətləndirib.

- Bu, yeni mövsümdən əvvəl son yoxlama oyunu idi. Komandanızın hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Bizim üçün mövsüm avrokuboklarda başladı, indi isə bir yoldaşlıq oyunu keçirdik. Ona görə də hazırkı vəziyyətimiz haqqında tam hazırıq demək doğru olmaz. Özünüz də görürsünüz ki, müəyyən analizlər aparırıq. Ümumilikdə komanda hazırdır, sadəcə, zədəlilərimiz çoxdur. Belə ki, bu oyunda daha iki futbolçu zədələndi. Bu, təəssüf doğurur. "Araz-Naxçıvan"la oyunumuz avqustun 18-də olacaq, yəni qarşıda hələ 9 gün var. Mövsümə yaxşı başlamağa çalışacağıq. Baş məşqçi olaraq anlayıram ki, favoritlərdən biri ilə qarşılaşacağıq. Başqa rəqiblə görüşmək daha yaxşı olardı.

- Hücum xəttinə daha bir forvard transfer etmək planlaşdırılırmı?

- Xeyr, planlaşdırılmır. Bizdə Davit Volkov, Yegor Boqomolski, Abdul-Aziz Batibie var.

- Zədəlilərin vəziyyəti necədir?

- Açığını deyim ki, Abdul Azizin zədəsi bizi çox qorxutdu. Sabah səhər vəziyyəti dəqiq bilinəcək. Yeganə sağlam mərkəz müdafiəçimiz Elçin Əlicanov da zədələndi. İlk turun oyununa qədər vaxt var, görək kim sağalıb hazır olacaq. Ruan Renato dünənki məşqdə burnunu sındırdı – bu, gözlənilməz idi. Bəzi futbolçular, məsələn, İssa Cibrilla, "Hayduk"la oyunda zədəli çıxış etdilər. Onları əvəzləmək imkanı yox idi. Ruana əməliyyat lazım deyil, gips qoyulub. Bir neçə məşqi buraxacaq. Brahim Konate kimi bəzi zədəlilər isə daha uzun müddət meydandan kənarda qalacaqlar.

- Mətbuatda sponsorun kluba kifayət qədər vəsait ayırmadığı, buna görə də istədiyiniz transferləri reallaşdıra bilmədiyiniz barədə məlumat yayılıb. Bu, nə dərəcədə doğrudur?

- Təkcə futbol ictimaiyyətində deyil, ümumiyyətlə, insanlar bəzən yerli-yersiz söhbətlər edirlər. "Niyə filan futbolçunu almadınız, niyə bu oyunçunu gətirmədiniz?" – deyə. Biz komandanı əzbər tanıyırıq. Strategiyamız, siyasətimiz bəllidir və bu illərdir belədir. Bu yay da mövcud imkanlara və strategiyamıza uyğun mövqelərə transfer etdik. Sadəcə, əvvəllər heç kim diqqət etmirdi ki, biz əsasən bizdən aşağı mövqe tutan komandalardan futbolçu alırıq. Daha iddialı klublardan oyunçu gətirməyimiz isə nadir hallarda olub. Ona görə də problemimiz yoxdur.

- İki mövsümdür ardıcıl olaraq "Zirə" gümüş medal qazanır, amma yeni mövsümdə bu ənənəni davam etdirmək daha çətin olacaq. Razısınızmı?

- Əvvəlki iki mövsümdə gümüş medal qazanmaq da çətin idi. Heç kim əvvəlcədən bunu bizdən gözləmirdi. Ola bilsin ki, bu dəfə də bizə inam azdır. Əsas məsələ komandanın hazırlığı və göstərəcəyi performansdır. Nəticədə biz öz oyunumuzu düşünürük. Yeni mövsümdə təkcə ikinci yer uğrunda yox, "altılıq" uğrunda mübarizə də çətin olacaq. Bütün komandalar iddialıdır. Bütün oyunlar gərgin keçəcək. Yeganə narahatlıq bəzi meydanların vəziyyətidir, bunu ötən mövsümün sonunda da demişdik. Mətbuatdan da izləyirik. Fikrimcə, meydanlar komandalara böyük təsir göstərəcək.

- "Şamaxı" ilə oyunda dubl komandadan futbolçular da meydana çıxdı. Onların səviyyəsindən razısınızmı? İlk komandada çıxış etmələri mümkündürmü?

- 3-4 futbolçu var ki, onları yaxından izləyirik. Bəzilərini toplanışa dəvət etmişdik. Ancaq ciddi şəkildə irəliləyiş etməlidirlər. Əgər bunu bacarsalar, əsas komanda oyunlarında da görə bilərik.

- Premyer Liqa komandalarının bəziləri süni örtüklü meydanlarda oynayır. Bu sizi narahat edirmi?

- Düzünü desəm, bu məqam məni çox narahat edir. Mövsüm ərzində, məsələn, bizi Tovuza, Gəncəyə bir neçə səfər gözləyir. Kimlərsə evində oynamayacaq və biz onlara ümumiyyətlə getməyəcəyik. Necə olacağını bilmirəm. Amma çempionatda gərgin mübarizə olacağını bilirik.

- Yeni transfer Namik Ələsgərovun hazırkı vəziyyəti necədir?

- O, iki ay komandasız qalıb. Buna görə də vaxt lazımdır. Hazırda zalda məşq edir, tədricən formaya düşəcək. Amma rəsmi oyunlarda yəqin ki, millinin oyunları üçün olan fasilədən sonra meydana çıxacaq.

- Rafael Utziq barədə bir yenilik varmı? Siz onu 6 həftəlik cəzalandıracağınızı demişdiniz…

- Yox, 6 yox, 4 həftəliyinə dubl komandaya göndərəcəyik. Hələlik heç bir dəyişiklik yoxdur.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər